Bizə yazın

Baku

-°C

USD

-

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib  

Cəmiyyət 18 Aprel 2025, 16:49

407

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

CityPost.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.

Zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmamış, etnomədəni müxtəliflik günümüzədək qorunub saxlanılmışdır. Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir.

Bu gün milli-mənəvi həmrəyliyin və nümunəvi dözümlülük mühitinin hökm sürdüyü cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri vardır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, xristian etiqadlı vətəndaşlarımız ölkənin ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunur, doğma evimiz Azərbaycanın inkişafına və tərəqqisinə əhəmiyyətli töhfələr verirlər.

Əziz dostlar!

Pasxa bayramı yeniliyi, dirçəlişi, mərhəmət və xeyirxahlıq duyğularını təcəssüm etdirir. Bu nurlu gündə bir daha hər birinizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.

Bayramınız mübarək olsun!"

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq 

Bakıda və Abşeron yarımadasında aprelin 20-də axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə...

19 Aprel 2025, 13:13

İmişli rayon Ağsaqqallar Şurası  "Pasxa" bayramı münasibətilə tədbir keçirib 

17 aprel 2025-ci il tarixdə İmişli rayon Ağsaqqallar Şurası xristianların "Pasxa" bayramı münasibətilə rayon mərkəzində yerləşən möhtəşəm "Kral Saray"da tədbir keçirmişdir.Bayram tədbirində İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi, ərazi təşkilatlarının sədrləri və İmişli rayonu Rus icmasının çoxsaylı üzvləri iştirak etmişdir. Zəngin bayram süfrəsi, "Kral Saray"ın xidmət personalı və musiqi ansambılı məclisə əsrarəngiz ovqat qatmışdır!Təntənəli görüşü giriş sözü ilə açan İmişli rayon Ağsaqqallar Şurası sədrinin Millətlərarası Münasibətlər üzrə köməkçisi Adil Kərimov bəşəri ənənəvi dəyərlər daşıyıcısı olan "Pasxa"nın mahiyyəti və onun müasir dövrümüz üçün tərbiyəvi əhəmiyyətindən danışdı.Tədbirdə çıxış edən İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor,...

19 Aprel 2025, 12:51

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib 

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.Müraciətdə deyilir:"Ölkə ərazisində bir necə gün davam edən qeyri-sabit hava şəraiti mülayimləşsə də, külək və yağışın yaratdığı fəsadlar tam aradan qaldırılmayıb.Bir sıra bölgələrdə hələ də əlverişsiz hava şərtləri hökm sürür ki, bu da həmin ərazilərdə avtomobil idarə edərkən daha diqqətli olmağı tələb edir. Xüsusilə, gecə və səhər saatlarında müşahidə olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar.Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını...

19 Aprel 2025, 12:45

Toyda 32 nəfər zəhərləndi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu gecə Bakıda 32 nəfərin toyda zəhərlənməsini araşdırır.Bu barədə  AQTA-dan bildirilib.Məlumatda qeyd olunub ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmamasına dair AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:"Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək"....

19 Aprel 2025, 10:48

Xocalıda insanları necə öldürdüklərini etiraf etdi - Əmri o veribmiş  

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini etiraf edib.

18 Aprel 2025, 20:09

Avtobus və metrodan istifadə edənlərin NƏZƏRİNƏ - Dəyişikliklər olacaq 

"Bakı Metropoliteni" QSC metroda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatdan istifadə sahəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əməkdaşlığa başlayıb.Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.Onun sözlərinə görə, "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması çərçivəsində bu il "Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında təxminən 200 metrlik tunelin tikintisi planlaşdırılır: "Tikinti zamanı "28 May" stansiyası fəaliyyətini davam etdirəcək. Stansiya hər gün səhər saat 6-dan axşam saat 00:00-dək sərnişinləri qəbul edəcək. Sərnişinlər "Əhmədli-İçərişəhər" istiqamətində rahat hərəkət edə biləcəklər. Ümumilikdə, tikinti dövründə bu istiqamətdə qatarların hərəkətində fasilə olmayacaq. Qatarlar tikinti dövründə də "28 May" stansiyasında...

18 Aprel 2025, 19:12