Nazirlikdən plastik cərrahlarla bağlı rəsmi AÇIQLAMA
Cəmiyyət 18 Aprel 2025, 14:14

342
Səhiyyə Nazirliyi adı siyahıda olmayan plastik cərrahlarla bağlı məsələyə aydınlıq gətirib.
Nazirlikdən CityPost.az-a bildirilib ki, Xüsusi Təftiş Komissiyasının qərarlarına müvafiq olaraq siyahıya adları daxil edilməyən həkim-mütəxəssislərin Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə tibb fəaliyyəti ilə məşğul olmaq üçün icazə verən sənədlərinin əsaslılığı təsdiq olunmayıb, bəziləri isə ümumiyyətlə tələb olunan sənədləri Komissiyaya təqdim etməyiblər.
Qeyd edilib ki, siyahıya adları daxil edilməyən həkim-mütəxəssislər praktik tibb fəaliyyəti ilə yalnız ali ixtisas tibb təhsili sənədinə uyğun onlara verilmiş ixtisaslar üzrə məşğul ola bilərlər: "Bu mütəxəssislər plastik cərrahiyyə ixtisası üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rezidentura təhsili almadan həmin sahədə praktik tibb faəliyyəti ilə məşğul ola bilməzlər".
O da bildirilib ki, sözügedən həkim-mütəxəssislər Komissiyanın qərarlarından narazı olduqları halda məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərlər.
Qeyd edək ki, ötən gün açıqlanan məlumata görə, Azərbaycanda 42 plastik cərrahın fəaliyyətinə icazə verilib, eyni zamanda, icazə verilən əməliyyatların siyahısı məlum olub.
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Azərbaycan Respublikasında plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olan tibb mütəxəssisləri Komissiyanın iclaslarına dəvət olunmuş, əvvəlcədən xəbərdarlıq edilməklə iclasların audioyazısı və video çəkilişi aparılmış, iclaslar protokolaşdırılmış, təqdim olunan sənədlər ətraflı araşdırılıb və əsaslılığı yoxlanılaraq müvafiq qərarlar qəbul olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sabah axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq
Bakıda və Abşeron yarımadasında aprelin 20-də axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə...
19 Aprel 2025, 13:13

İmişli rayon Ağsaqqallar Şurası "Pasxa" bayramı münasibətilə tədbir keçirib
17 aprel 2025-ci il tarixdə İmişli rayon Ağsaqqallar Şurası xristianların "Pasxa" bayramı münasibətilə rayon mərkəzində yerləşən möhtəşəm "Kral Saray"da tədbir keçirmişdir.Bayram tədbirində İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi, ərazi təşkilatlarının sədrləri və İmişli rayonu Rus icmasının çoxsaylı üzvləri iştirak etmişdir. Zəngin bayram süfrəsi, "Kral Saray"ın xidmət personalı və musiqi ansambılı məclisə əsrarəngiz ovqat qatmışdır!Təntənəli görüşü giriş sözü ilə açan İmişli rayon Ağsaqqallar Şurası sədrinin Millətlərarası Münasibətlər üzrə köməkçisi Adil Kərimov bəşəri ənənəvi dəyərlər daşıyıcısı olan "Pasxa"nın mahiyyəti və onun müasir dövrümüz üçün tərbiyəvi əhəmiyyətindən danışdı.Tədbirdə çıxış edən İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor,...
19 Aprel 2025, 12:51

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.Müraciətdə deyilir:"Ölkə ərazisində bir necə gün davam edən qeyri-sabit hava şəraiti mülayimləşsə də, külək və yağışın yaratdığı fəsadlar tam aradan qaldırılmayıb.Bir sıra bölgələrdə hələ də əlverişsiz hava şərtləri hökm sürür ki, bu da həmin ərazilərdə avtomobil idarə edərkən daha diqqətli olmağı tələb edir. Xüsusilə, gecə və səhər saatlarında müşahidə olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar.Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını...
19 Aprel 2025, 12:45

Toyda 32 nəfər zəhərləndi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu gecə Bakıda 32 nəfərin toyda zəhərlənməsini araşdırır.Bu barədə AQTA-dan bildirilib.Məlumatda qeyd olunub ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmamasına dair AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:"Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək"....
19 Aprel 2025, 10:48

Xocalıda insanları necə öldürdüklərini etiraf etdi - Əmri o veribmiş
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini etiraf edib.
18 Aprel 2025, 20:09

Avtobus və metrodan istifadə edənlərin NƏZƏRİNƏ - Dəyişikliklər olacaq
"Bakı Metropoliteni" QSC metroda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatdan istifadə sahəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əməkdaşlığa başlayıb.Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.Onun sözlərinə görə, "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması çərçivəsində bu il "Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında təxminən 200 metrlik tunelin tikintisi planlaşdırılır: "Tikinti zamanı "28 May" stansiyası fəaliyyətini davam etdirəcək. Stansiya hər gün səhər saat 6-dan axşam saat 00:00-dək sərnişinləri qəbul edəcək. Sərnişinlər "Əhmədli-İçərişəhər" istiqamətində rahat hərəkət edə biləcəklər. Ümumilikdə, tikinti dövründə bu istiqamətdə qatarların hərəkətində fasilə olmayacaq. Qatarlar tikinti dövründə də "28 May" stansiyasında...
18 Aprel 2025, 19:12