Bizə yazın

Baku

-°C

USD

-

FT: Çin ABŞ-dan LNG almağı dayandırır

Dünya 18 Aprel 2025, 14:30

385

"Financial Times" (FT) daşıma məlumatlarına istinadən xəbər verir ki, Çin 10 həftədən artıqdır ki, Amerika mayeləşdirilmiş təbii qazının (LNG) idxalını tamamilə dayandırıb.

CityPost.az xəbər verir ki, FT-nin məlumatına görə, yanacaq daşıyan sonuncu tanker fevralın 6-da Amerikanın Texas ştatının Korpus Siti şəhərindən cənubdakı Fujian əyalətinə gəlib.
İkinci tanker isə fevralın 10-da Pekin ABŞ-ın mayeləşdirilmiş təbii qazına 15% rüsum tətbiq etməmişdən əvvəl təyinat yerinə çatmadığı üçün Banqladeşə yönləndirilib. Eyni zamanda, Kpler-in məlumatına görə, Çin şirkətləri ABŞ-dan maye qazın tədarükü üçün kifayət qədər uzunmüddətli müqavilələrə malikdir və onların bəziləri 2049-cu ilə qədər hesablanır.
Mütəxəssislər qəzetə bildiriblər ki, satınalmaların dayandırılması böyük nəticələrə səbəb olacaq, çünki Rusiya və Çin arasında enerji əlaqələri güclənəcək və ABŞ və Meksikada çox milyard dollarlıq LNG terminallarının genişləndirilməsi sual altında olacaq.
Hazırda Rusiya boru kəməri ilə Çinə qaz tədarükünə görə üçüncü yerdədir. 2025-ci ilin ilk iki ayında Rusiya Çinə yanacaq tədarükünü illik müqayisədə 32,2% artıraraq 1,75 milyard dollara çatdırıb.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

WSJ: Tramp Administrasiyası Suriyanın yeni rəhbərliyini hədələyir

The Wall Street Journal yazır ki, Tramp administrasiyası Dəməşqdən ekstremistlərə qarşı sərt tədbirlər görməsini və məhdud sanksiyaların aradan qaldırılması müqabilində fələstinli yaraqlıları ölkədən çıxarmasını istəyir.

18 Aprel 2025, 17:30

Tramp əmindir ki, Aİ ilə ticarət razılaşması əldə edəcək

ABŞ prezidenti Donald Tramp və İtaliyanın baş naziri Corciya Meloni ABŞ və Avropa İttifaqının (Aİ) ticarət tarifləri ilə bağlı razılığa gələ biləcəklərinə əmin olduqlarını bildiriblər.

18 Aprel 2025, 17:17

NATO ABŞ administrasiyasına görə sənədlərdə dili "yumşaldır"

“Politico” öz mənbələrinə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı (NATO) hazırda inklüzivlik, gender problemləri və iqlimlə bağlı sənədlərdəki ifadələri bilərəkdən "yumşaldır".

18 Aprel 2025, 16:44

Zelenskidən FƏRMAN: Səfərbərliyin müddəti uzadıldı

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 2025-ci il avqustun 6-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

18 Aprel 2025, 16:30

Kainatın "itkin" maddəsi tapıldı-Tədqiqat

İllərdir sirr olaraq qalan “itkin baryonlar” nəhayət ortaya çıxıb. Beynəlxalq astronomlar qrupu aşkar edib ki, kainatın görünən maddəsinin itkin yarısı qalaktikaları əhatə edən nəhəng hidrogen buludlarında gizlənib.

18 Aprel 2025, 16:16

Qəzzada körpələr qida və dərman çatışmazlığından ölür

İsrailin martın 2-dən bəri yardımların girməsinə icazə vermədiyi Qəzza zolağında 11 aylıq körpə qida və dərman çatışmazlığı səbəbindən həyatını itirib.

18 Aprel 2025, 15:49