Sadır Japarov Azərbaycan Prezidentini təbrik edib
Siyasət 03 Aprel 2025, 19:43

1049
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu göndərib.
Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Sizi şəxsən öz adımdan və Qırğızıstan xalqı adından Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Novruz qədim zamanlardan birlik və barışıq, sülh və tərəqqi rəmzi olub.
Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri xalqlarımızın və dövlətlərimizin rifahı naminə bundan sonra da möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram”.
Sadır Japarov Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə də təbrik edib: “Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının xalqını müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Qoy Ulu Tanrı müqəddəs ayda gördüyümüz bütün xeyirxah işlərimizi qəbul etsin və bu mübarək bayram əmin-amanlığımızı, xoşbəxtliyimizi artırsın. Bəşəriyyəti şəfqət və mərhəmətə aparan, yüksək dəyərləri əks etdirən bu bayram hər bir evə səadət və hüzur gətirsin, qardaş xalqlarımıza isə sülh və firavanlıq bəxş etsin.
Zati-aliləri, bir daha Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına isə davamlı tərəqqi və əmin-amanlıq arzulayıram”.
Həmçinin oxuyun

700 manata başa gələn işin rüsumu əslində görün nə qədər imiş — Ekspert danışır
Mənəviyyatsızlığın ilk pilləsi xəcalət hissini itirməkdir — Şəmsi Vəfadar Şərurlu İsfəndiyarı tənqid etdi
Alkoqol xərçəng riskini artırır-ARAŞDIRMA
Qaçaqmalçılara rüşvət müqabilində kömək etməkdə təqsirləndirilən gömrükçülər həbs edilib
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Prezident İlham Əliyev Antalyada Ersin Tatarla görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü olub.Citypost.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə Ersin Tatar arasında ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər, həmçinin ötən il onun Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı məmnunluqla xatırlandı.Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasını qeyd etdi.Ersin Tatar dövlətimizin başçısına Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə minnətdarlığını ifadə etdi.Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi və...
11 Aprel 2025, 10:30

Milli Məclisin iclası başlayıb
Milli Məclisin iclası başlayıb.Citypost.az-ın xəbərinə görə, iclasın gündəliyinə 22 məsələ daxil edilib.
11 Aprel 2025, 10:17

Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
Bakıda Azərbaycan Respublikası və Portuqaliya Respublikasının xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Portuqaliya Respublikasının nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin baş direktoru Helena Malkata rəhbərlik edib.Görüşdə Azərbaycan-Portuqaliya arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı rəsmi səfərlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd edilib.Tərəflər arasında iqtisadi əlaqələrin genişləndirilməsi, enerji, nəqliyyat, yüksək texnologiya sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən strateji enerji və nəqliyyat-infrastruktur layihələrinə dair geniş fikir mübadiləsi aparılıb.Nazir müavini F.Rzayev Azərbaycanın iqlim diplomatiyası və...
10 Aprel 2025, 21:22

Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:"Hörmətli İlham Heydər oğlu.Müqəddəs Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.Qoy Ramazan ayında görülmüş xeyirxah işlər və edilmiş dualar qəbul olunsun, bu bayram hər bir ailəyə xeyir-bərəkət gətirsin. Böyük Yaradanımız qəlblərimizi iman ruhu ilə işıqlandırsın, ölkələrimizə sülh, xalqlarımıza həmrəylik bəxş etsin.Hörmətli İlham Heydər oğlu, yüksək dəyərləri aşılayan bu bayram münasibətilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq diləyirəm"....
10 Aprel 2025, 15:55

Gürcü spiker Azərbaycan Prezidentinə dəstəyə görə təşəkkür edib
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Prezident İlham Əliyevə ölkəsinə dəstəyinə görə təşəkkür edib.Citypost.az xəbər verir ki, parlamentin jurnalistlərə açıqlamasında Azərbaycan və Gürcüstan arasında həqiqi dostluq əlaqələri olduğunu və digərlərindən də bu cür dost münasibəti gözlədiyini qeyd edib.“Hər şeydən əvvəl mən Prezident Əliyevə təşəkkür etmək istərdim. Bizim belə dostluq münasibətlərimiz var və biz eynilə bu cür dostluğu digərlərindən də gözləyirik və bunu təqdir edirik. Birinci dəfə deyil ki, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq məhz buna əsaslanır ki, biz bir tərəfdən bir-birimizin suverenliyinə hörmət edirik, digər tərəfdən də xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını təşviq etmək üçün bir-birimizə hörmət edir və bir-birimizin yanındayıq"...
10 Aprel 2025, 13:16

Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib
Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr bildirib.Məlumata görə, Türkiyə və İsrail rəsmiləri Suriyada arzuolunmaz insidentlərin qarşısının alınması üçün gərginliyin azaldılması mexanizminin yaradılması ilə bağlı dünən Azərbaycanda texniki görüş keçirib.
10 Aprel 2025, 12:47