Gürcü spiker Azərbaycan Prezidentinə dəstəyə görə təşəkkür edib
Siyasət 10 Aprel 2025, 13:16

708
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Prezident İlham Əliyevə ölkəsinə dəstəyinə görə təşəkkür edib.
Citypost.az xəbər verir ki, parlamentin jurnalistlərə açıqlamasında Azərbaycan və Gürcüstan arasında həqiqi dostluq əlaqələri olduğunu və digərlərindən də bu cür dost münasibəti gözlədiyini qeyd edib.
“Hər şeydən əvvəl mən Prezident Əliyevə təşəkkür etmək istərdim. Bizim belə dostluq münasibətlərimiz var və biz eynilə bu cür dostluğu digərlərindən də gözləyirik və bunu təqdir edirik. Birinci dəfə deyil ki, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq məhz buna əsaslanır ki, biz bir tərəfdən bir-birimizin suverenliyinə hörmət edirik, digər tərəfdən də xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını təşviq etmək üçün bir-birimizə hörmət edir və bir-birimizin yanındayıq" - deyə Papuaşvili bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Aİ-nin Gürcüstanın daxili məsələlərinə müdaxilə cəhdlərinin müstəmləkəçi yanaşmanın təzahürü olduğunu və qəbuledilməz olduğunu vurğulayıb.
“Avropa Komissiyasının Gürcüstanın daxil işləri ilə bağlı proseslərə münasibəti isə qətiyyən qəbuledilməzdir. Bu, müstəmləkəçilərin davranışıdır. Onlar gürcü xalqının iradəsinə özlərinin müstəmləkəçi keçmişinin prizmasından yanaşırlar. Bu, tamamilə qəbuledilməzdir. Gürcü xalqı bilir ki, biz onlarla birlikdəyik və Gürcüstan hökuməti də bunu bilir. Gürcüstanın bütün daxili işləri Brüsseldəki bürokratlar deyil, gürcü xalqı tərəfindən həll edilməlidir. Beləliklə, biz Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığı gücləndirməliyik”, - Prezident İlham Əliyev deyib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Pezeşkian Azərbaycana səfər edəcək
"İran prezidenti Məsud Pezeşkianın səfərinə hazırlıq çərçivəsində Azərbaycana böyük nümayəndə heyəti gələcək".
18 Aprel 2025, 15:00

Azərbaycan XİN Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Xarici İşlər Nazirliyi Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib.
18 Aprel 2025, 11:28

Ceyhun Bayramov Fələstinin yeni səfiri ilə görüşüb
Aprelin 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin ölkəmizdəki yeni təyin olunmuş səfiri Əhməd Metanini qəbul edib.
17 Aprel 2025, 19:19

Milli Məclisin sədri Rusiyaya səfər edib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Şura, 58-ci plenar və 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
17 Aprel 2025, 12:20

Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonu qəbul edib.
17 Aprel 2025, 12:06

Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Gürcüstan Prezidenti ilə görüşdən görüntülər paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "X" hesabında dövlət başçısının Azərbaycanda səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşündən görüntülər paylaşılıb.
16 Aprel 2025, 21:42