Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda zəlzələ oldu  

Hadisə 12 Aprel 2025, 16:07

468

Pirqulu stansiyasından 24 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Citypost.az -a bildirilib ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Maqnitudası 3,4 olan təkanların dərinliyi 12 km olub.

Zəlzələ 3 bal gücündə hiss olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ağdamda azyaşlını it dişləyib  

Ağdamın Qərvənd qəsəbəsində baş vermiş hadisə nəticəsində 4 yaşlı Hüseynov S. Zahir oğlu xəstəxanalıq olub.Citypost.az-ın məlumatına görə, o, küçədə oynayarkən itin hücumuna məruz qalıb.Qeyd edək ki, uşağa Ağdam mərkəzi rayon xəstəxanasında ilkin yardım tibbi yardım göstərildikdən sonra Bərdə diaqnostika mərkəzinə aparılıb.

13 Aprel 2025, 15:16

İrandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb  

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb.Bu barədə Citypost.az-a DSX-dən bildirilib.Belə ki, aprel ayının 8-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində naməlum hədəf müəyyən olunaraq təqib edilib. Sərhəd gəmilərinin təqibindən yayınan hədəf İran İslam Respublikasının ərazi sularına geri qayıdıb.Əraziyə baxış keçirilərkən qaçaqmalçılar tərəfindən dənizə atılmış bağlamada ümumi çəkisi 12 kq 450 qram nаrkоtik vasitə marixuana və 450 ədəd metadon M-40 həbi...

13 Aprel 2025, 13:46

Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutulub  

Aprelin 11-i saat 20:10-dan 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

12 Aprel 2025, 10:19

Gədəbəydə ana və qızı döyülüb  

Gədəbəydə döyülmə faktı qeydı alınıb.Citypost.az-ın məlumatına görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. 1983-cü il təvəllüdlü İ.Mürsəlova və övladı 2007-ci il təvəllüdlü N.Mürsəlova döyülərək xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.Məlumata görə, İ.Mürsəlova qaynatası və baldızı tərəfindən döyülüb.Faktla bağlı araşdırma aparılır.

11 Aprel 2025, 13:17

Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə  

Tovuzda məktəbdə kütləvi zəhərlənmə olub.Citypost.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Düzcırdaxan kənd tam orta məktəbində qeydə alınıb.Qaz sobasından dəm qazının sızması nəticəsində bir neçə şagird zəhərlənib.Faktla bağlı araşdırmalar aparılır.

11 Aprel 2025, 11:00

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub  

Aprelin 10-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

11 Aprel 2025, 09:19