Mirzoyan: Hələ bir çox məsələlər qalır
Siyasət 12 Aprel 2025, 15:21

918
Ermənistan Respublikasının hökumətinin və Ermənistan xalqının istəyi regionumuzda davamlı sülh qurmaqdır və ilk növbədə, bu, Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsidir.
Ermənistan sülh sazişi üzrə razılığa gəlindiyini açıqladı
Citypost.az xəbər verir ki, bunu Antalya Diplomatik Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Sülh sazişi layihəsi üzərində razılıq əldə olunub
"Uzun danışıqlardan sonra biz sülh sazişinin layihəsi üzrə mətn üzərində razılığa gəlməyə nail olduq. Həmçinin dərhal sülh sazişinin imzalanma məkanı və tarixi ilə bağlı məsləhətləşmələrə başlamağı təklif etdik."
Sənəd bütün suallara cavab vermir, amma əsas yaradır
"Bu razılaşdırılmış mətn bütün mümkün suallara cavab verən bir sülh sazişidirmi? Əlbəttə ki, yox. Mən düşünürəm ki, dünyada elə bir sənəd yoxdur ki, bütün mümkün məsələləri əhatə etsin, hər suala cavab versin. Bu sənəd bir əsasdır, münasibətlərin başlanğıcıdır. Təbii ki, hələ də bir çox məsələlər qalır", - deyə nazir əlavə edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azərbaycan XİN-dən İrəvan və Parisə SƏRT REAKSİYA
23 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda “məşəl yürüşü” zamanı, habelə 24 aprel tarixində Fransanın paytaxtı Paris şəhərində erməni icmasının toplantısı zamanı Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyirik.
25 Aprel 2025, 16:14

Əli Əsədov qərar imzaladı
Nazirlər Kabineti “Hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılması, mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilməsi və çıxarılması Qaydası”nı təsdiqləyib.
25 Aprel 2025, 15:41

Kaya Kallas: Azərbaycan regionda əhəmiyyətli tərəfdaşdır
Burada olmaq çox yaxşıdır. Azərbaycan regionda əhəmiyyətli tərəfdaşdır. Bizim əlaqələrimizin gücləndirilməsi baxımından gözləntilərimiz var.
25 Aprel 2025, 14:33

Prezident İlham Əliyev Kaya Kallası qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib.
25 Aprel 2025, 13:30

Ceyhun Bayramov və Kaya Kallas arasında geniş tərkibdə görüş keçirilib - YENİLƏNDİ
Xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında geniş tərkibdə görüş keçirilib.CityPost.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.Bildirilib ki, müzakirələr zamanı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və perspektivləri, o cümlədən enerji, ticarət, nəqliyyat və yaşıl keçid sahələrində əməkdaşlıq məsələləri, həmçinin Azərbaycanın regional əlaqəlilik və təmiz enerji təchizatına töhfəsi müzakirə olunub.Görüş zamanı regional təhlükəsizlik məsələləri, o cümlədən münaqişədən sonrakı vəziyyət də diqqət mərkəzində olub.Nazir Ceyhun Bayramov Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması üçün Ermənistanın konstitusiyasına düzəliş edilməsinin sülh sazişinin imzalanması üçün ilkin...
25 Aprel 2025, 13:15

Ceyhun Bayramov Kaya Kallası qarşılayıb, təkbətək görüş başlayıb
Xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında təkbətək görüş başlayıb.
25 Aprel 2025, 12:51