Bizə yazın

Baku

-°C

USD

-

XİN: AŞPA prezidentinin Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edir və pisləyirik  

Siyasət 12 Aprel 2025, 00:50

721

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun "Alpha News" qəzetinə müsahibəsi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edir və pisləyirik."

Citypost.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə AŞPA prezidentinin Azərbaycan əleyhinə fikirlərinə münasibət bildirərkən deyib.

O həmçinin bildirib ki, Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində Azərbaycan əleyhinə addımdan sonra belə Azərbaycan tərəfinin dialoqa açıqlığını nümayiş etdirməsinə baxmayaraq, Rusopulos, Şvabe və onlar kimi bir sıra şəxslərin davamlı şəkildə ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salmağa çalışdıqları məlumdur.

Ayxan Hacızadənin fikrincə AŞPA bu illər ərzində ikili standartlar əsasında apardığı anti-Azərbaycan siyasəti ilə Azərbaycan xalqının haqlı nifrətini qazanıb.

"Ölkəmizin rəhbərini təhqir etmək, “diktator” adlandırmaq isə ümumiyyətlə heç bir çərçivəyə sığmır, siyasi mədəniyyətsizlik və nadanlıqdır. Assambleyada hazırkı isterik vəziyyət və onun başında duran diktator Rusopulos AŞPA-dakı acınacaqlı vəziyyətin təzahürüdür. Eyni vəziyyət, Avropa Parlamentində də mövcuddur.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə bağlı mövqemizə gəldikdə, Azərbaycanın məhkəmənin hakimlərinin seçimlərində iştirak etmədiyi nəzərə alınmaqla, onların qəbul etdiyi qərarların Azərbaycan tərəfindən icra olunmasını tələb etmək absurddur. Bu şəraitdə, məhkəmənin qərarlarının yerinə yetirilməsi mümkün deyil.

Qeyd edək ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər AŞPA üzvləri kimi, Teodoros Rusopulosun da adı qara siyahıya daxil edilib. Rusopulos Azərbaycana soxularsa, rədd ediləcəkdir.", - diplomat bildirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov: "Azərbaycan Qərbin planlarını puç edib"  

“Azərbaycan Türkiyə başda olmaqla dost ölkələrin dəstəyi sayəsində Qərbin planlarını puç edib”.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.Nazir bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiya Qarabağ probleminin həlli üçün heç bir əməli addım atmayıb:“İşğala son qoyulması üçün Ermənistana heç bir təzyiq göstərilməyib, işğalçıya və işğaldan əziyyət çəkənə eyni cür yanaşılıb. İkinci Qarabağ müharibəsi ilə problem həll edildikdən sonra işğalla bağlı 30 ildir heç bir fəaliyyət göstərməyən Qərb ölkələri Azərbaycana təzyiq göstərməyə başlayıb. Öz ərazi bütövlüyünü təmin etdiyi üçün Azərbaycanı cəzalandırmağa çalışırlar. Onların başında Fransa və şəxsən Emmanuel Makron dayanır....

13 Aprel 2025, 14:19

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb 

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri aprelin 12-də başa çatıb.Citypost.az xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər yola salıblar.

12 Aprel 2025, 19:41

Azərbaycan və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə edib  

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında bildirilib.Görüş IV Antalya Diplomatiya Forumu (ADF2025) çərçivəsində baş tutub.Görüş zamanı nazirlər ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi-ticarət, humanitar və təhsil aspektlərini müzakirə ediblər.Tərəflər həmçinin regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

12 Aprel 2025, 15:43

Mirzoyan: Hələ bir çox məsələlər qalır  

Ermənistan Respublikasının hökumətinin və Ermənistan xalqının istəyi regionumuzda davamlı sülh qurmaqdır və ilk növbədə, bu, Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsidir.Ermənistan sülh sazişi üzrə razılığa gəlindiyini açıqladıCitypost.az xəbər verir ki, bunu Antalya Diplomatik Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.Sülh sazişi layihəsi üzərində razılıq əldə olunub"Uzun danışıqlardan sonra biz sülh sazişinin layihəsi üzrə mətn üzərində razılığa gəlməyə nail olduq. Həmçinin dərhal sülh sazişinin imzalanma məkanı və tarixi ilə bağlı məsləhətləşmələrə başlamağı təklif etdik."Sənəd bütün suallara cavab vermir, amma əsas yaradır"Bu razılaşdırılmış mətn bütün mümkün suallara cavab verən bir sülh sazişidirmi?...

12 Aprel 2025, 15:21

Azərbaycan və Ermənistan XİN başçıları görüşüb  

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ermənistan xarici işlər nazir Ararat Mirzoyanla görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.Görüş IV Antalya Diplomatik Forumu (ADF2025) çərçivəsində baş tutub.Tərəflər Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesində mövcud vəziyyəti müzakirə ediblər.Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını ifadə ediblər.

12 Aprel 2025, 15:11

Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri ilə görüşüb - YENİLƏNİB 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan ilə görüşü olub.Bu barədə Citypost.az xəbər verir.Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri ölkələrimiz arasında tarixi əlaqələrin olduğunu qeyd etdi.O, Azərbaycanın həm öz regionunda, həm də dünyada böyük nüfuza malik vacib ölkə olduğunu vurğuladı.Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Sudanın Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini dedi və ölkələrimiz arasında mədən sənayesi, neft, energetika, infrastruktur, investisiyalar və digər istiqamətlərdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.Söhbət zamanı təhsil və təlim sahələrində də əməkdaşlıq müzakirə olundu.Dövlətimizin başçısı 2019-cu ildə Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın Qoşulmama...

11 Aprel 2025, 21:38