İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Cəmiyyət 05 Noyabr 2026, 10:36
199
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı (BMT) İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.
Citypost.az xəbər verir ki, müraciəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev oxuyub.
Müraciətdə deyilir:
- Hörmətli tədbir iştirakçıları,
Sizi "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" mövzusunda beynəlxalq tədbirdə salamlayıram. Azərbaycana xoş gəlmisiniz!
Dövlət xidmətlərinin əlçatanlığı, şəffaflıq və rəqəmsallaşma dayanıqlı inkişafın mühüm şərtlərindəndir. Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində aparılan ardıcıl islahatların nəticəsi olaraq 2012-ci ildə dövlət xidmətlərinin keyfiyyətli, innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsini təmin edən "ASAN xidmət" yaradılmışdır.
Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir. Bu təcrübəmizin 50-dən çox ölkə ilə paylaşılması və artıq müxtəlif ölkələrdə uğurlu tətbiqi "ASAN xidmət"in dövlət xidmətlərinin təşkilində səmərəli institusional model olduğunu sübut edir.
Həmçinin oxuyun
Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ildə isə "Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində Xüsusi Mükafat"a layiq görülməsi nailiyyətlərimizin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
BMT ilə əməkdaşlıq bu təcrübəmizin daha geniş coğrafiyada təşviqi üçün yeni imkanlar yaradır. 2024-cü ildə Azərbaycan ilə BMT arasında imzalanmış Töhfə Sazişi "ASAN xidmət" nümunəsinin dörd qitədə təbliğini ehtiva edir.
Azərbaycan bundan sonra da dayanıqlı inkişaf məqsədlərinin təşviqini dəstəkləyəcək, keyfiyyətli dövlət xidmətlərinin göstərilməsi istiqamətində beynəlxalq fəaliyyətə töhfə verəcəkdir.
Əminəm ki, bugünkü tədbir mütərəqqi ideya və yeni yanaşmaların təşviqinə, habelə konkret təşəbbüslərin irəli sürülməsinə xidmət edəcəkdir.
Sammitin işinə uğurlar, bütün iştirakçılara səmərəli müzakirələr arzulayıram.
Məleykə Abbaszadə V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci "Yüksəliş" müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Elnur Məmmədli və Elnur Mirzəzadə ilə növbəti görüş keçirib.DİM-dən Citypost.az-a verilən məlumata görə, görüş zamanı süni intellektin yaratdığı yeni imkanlar və çağırışlar, bu texnologiyaların gələcək layihələrdə tətbiqi və mentilərin innovativ təşəbbüslərə cəlb olunması ətrafında fikir mübadiləsi aparılıb.M.Abbaszadə süni intellekt texnologiyalarının imkanlarından istifadə etməklə layihələrin həyata keçirilməsi, innovativ həllərin qiymətləndirmə proseslərinə tətbiqi ilə bağlı öz tövsiyələrini bölüşüb. Görüşün sonunda növbəti mərhələyə kimi mentilərin üzərində işləyəcəkləri tapşırıqlar müəyyən edilib.Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür. Bundan əlavə,...
05 Noyabr 2026, 09:38
Azərbaycanda yaz-yay daşqınlarına hazırlıq: 21 rayonda işlər görülür
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi hər il olduğu kimi 2026-cı ildə də ərazilərin daşqın və sel sularından qorumaq məqsədilə təxirəsalınmaz işlərini davam etdirir.Bu barədə Citypost.az-a Agentlikdən məlumat verilib. Bildirilib ki, Kür-Araz Çaylarında Bəndlərin İstismarı idarəsinin balansında 1382 km-dən artıq mühafizə bəndi var. Ondan 936 km Kür çayında, 134 km-i Araz çayında, 312 km-i isə dağ çayları və göllərin mühafizə bəndləridir. Mühafizə bəndlərində 123 hidrotexniki qurğu mövcuddur ki, həmin hidrotexniki qurğular da daim saz və işlək vəziyyətdə saxlanılır. Hazırda idarənin balansında olan çaylarda mühafizə tədbirləri ilə əlaqədar olaraq bəndbərkitmə və məcratəmizləri işləri davam edir....
05 Noyabr 2026, 09:14
Bakıda bu yollarda sıxlıq var
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az-a xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;6. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;9. Mikayıl...
05 Noyabr 2026, 09:02
Bakıda bu yol bağlı olacaq
Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində noyabrın 5-i saat 08:00-dan etibarən təmir işlərinə başlanılacaq.Citypost.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.Bildirilib ki, təmir işləri ilə əlaqədar sözügedən ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq."Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, yol nişanlarının tələblərinə əməl etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - qurumdan bildirilib.
05 Noyabr 2026, 08:37
Rafiq Əliyevdən Halloween-ə SƏRT ETİRAZ: “Milli dəyərlərimizə uyğun deyil”
Fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev Halloween bayramının Azərbaycanda yayılması və xüsusilə gənclər arasında maraq doğurması ilə bağlı narahatlığını ifadə edib. O, bu cür ənənələrin milli-mənəvi dəyərlərə, cəmiyyətin dünyagörüşünə və gənc nəslin tərbiyəsinə təsirləri barədə fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, professor bu barədə qələmə aldığı “Yad ənənələr və yerli dəyərlər: Halloween Azərbaycanda niyə narahatlıq doğurur?” adlı yazısında qeyd edib ki, son illərdə oktyabr ayının sonlarında Halloween ətrafında müzakirələr daha da intensivləşir. Onun sözlərinə görə, bəzi gənclər və əyləncə məkanları bu günü sadəcə kostyum partiyası və əyləncə fürsəti kimi qəbul etsələr də, cəmiyyətin digər kəsimləri, dini xadimlər və ənənəvi dəyərlərə bağlı...
05 Noyabr 2026, 08:05
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 5-də Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq.Citypost.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.Bildirilib ki, Yasamalda saat 10:00-dan 13:00-dək Qurban Xəlilov küçəsi, Moskva prospekti və Birinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Nizami rayonunda Əli Vəliyev küçəsi və Qara Qarayev prospektinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq.Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar....
05 Noyabr 2026, 08:00