Bizə yazın

Baku

-°C

USD

-

Dan Yorgensen Azərbaycana gəlir  

Siyasət 03 Aprel 2025, 20:07

1150

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen aprelin dördündə Azərbaycana gələcək.

Citypost.az Report-a istinadən xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının saytında dərc olunub.

Qeyd olunub ki, o, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlərin 11-ci Toplantısında və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü Nazirlər Toplantısında iştirak edəcək.

Yorgensenin Azərbaycana səfərində bərpa olunan enerji və metan emissiyalarının azaldılması sahəsində əməkdaşlıq da mühüm yer tutacaq. Yaşıl Enerji Məsləhət Şurası regionda enerji səmərəliliyi və bərpa olunan enerjinin inkişafı sahələrində səyləri müzakirə edəcək. Komissar, həmçinin yaşıl enerji dəhlizinə dair sazişi müzakirə etmək üçün Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstan nazirləri ilə görüşə qatılacaq. O Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birlikdə Xəzər dənizində dəniz külək enerjisinin inkişafına dair Aİ-Azərbaycan biznes dəyirmi masasına həmsədrlik edəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Antalyada Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirilir  

Bu dəqiqələrdə Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilir.Bu barədə Citypost.az xəbər verir.

11 Aprel 2025, 12:41

Prezident İlham Əliyev Antalyada Ersin Tatarla görüşüb 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü olub.Citypost.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə Ersin Tatar arasında ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər, həmçinin ötən il onun Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı məmnunluqla xatırlandı.Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasını qeyd etdi.Ersin Tatar dövlətimizin başçısına Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə minnətdarlığını ifadə etdi.Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi və...

11 Aprel 2025, 10:30

Milli Məclisin iclası başlayıb  

Milli Məclisin iclası başlayıb.Citypost.az-ın xəbərinə görə, iclasın gündəliyinə 22 məsələ daxil edilib.

11 Aprel 2025, 10:17

Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib  

Bakıda Azərbaycan Respublikası və Portuqaliya Respublikasının xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Portuqaliya Respublikasının nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin baş direktoru Helena Malkata rəhbərlik edib.Görüşdə Azərbaycan-Portuqaliya arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı rəsmi səfərlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd edilib.Tərəflər arasında iqtisadi əlaqələrin genişləndirilməsi, enerji, nəqliyyat, yüksək texnologiya sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən strateji enerji və nəqliyyat-infrastruktur layihələrinə dair geniş fikir mübadiləsi aparılıb.Nazir müavini F.Rzayev Azərbaycanın iqlim diplomatiyası və...

10 Aprel 2025, 21:22

Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib  

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:"Hörmətli İlham Heydər oğlu.Müqəddəs Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.Qoy Ramazan ayında görülmüş xeyirxah işlər və edilmiş dualar qəbul olunsun, bu bayram hər bir ailəyə xeyir-bərəkət gətirsin. Böyük Yaradanımız qəlblərimizi iman ruhu ilə işıqlandırsın, ölkələrimizə sülh, xalqlarımıza həmrəylik bəxş etsin.Hörmətli İlham Heydər oğlu, yüksək dəyərləri aşılayan bu bayram münasibətilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq diləyirəm"....

10 Aprel 2025, 15:55

Gürcü spiker Azərbaycan Prezidentinə dəstəyə görə təşəkkür edib  

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Prezident İlham Əliyevə ölkəsinə dəstəyinə görə təşəkkür edib.Citypost.az xəbər verir ki, parlamentin jurnalistlərə açıqlamasında Azərbaycan və Gürcüstan arasında həqiqi dostluq əlaqələri olduğunu və digərlərindən də bu cür dost münasibəti gözlədiyini qeyd edib.“Hər şeydən əvvəl mən Prezident Əliyevə təşəkkür etmək istərdim. Bizim belə dostluq münasibətlərimiz var və biz eynilə bu cür dostluğu digərlərindən də gözləyirik və bunu təqdir edirik. Birinci dəfə deyil ki, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq məhz buna əsaslanır ki, biz bir tərəfdən bir-birimizin suverenliyinə hörmət edirik, digər tərəfdən də xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını təşviq etmək üçün bir-birimizə hörmət edir və bir-birimizin yanındayıq"...

10 Aprel 2025, 13:16