Prezident və birinci xanım Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar
Cəmiyyət 18 Mart 2025, 11:49

145
Prezident və birinci xanım Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar.
Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Sonra dövlət başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:"Hörmətli həmvətənlər!Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram.Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur.Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri...
18 Mart 2025, 17:00

Bakıda 32 dərəcə isti var - FAKTİKİ HAVA
Hazırda ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir. Küləyin sürəti Qəbələdə 30 m/s, İsmayıllıda 24 m/s, Daşkəsəndə 21 m/s, Qobustanda 20 m/s, Goranboy, Laçında 19 m/s, Mingəçevir, Şahdağ, Bakı və Abşeron yarımadasında 18 m/s, Gədəbəy və Füzulidə 16 m/s, Şəkidə isə 14 m/s-dək güclənib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 24, Aran rayonlarında 31, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb....
18 Mart 2025, 16:26

Baş nazir qəzalı binalarla bağlı tapşırıq verdi
Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib.Nazirlər Kabinetindən Citypost.az-a verilən məlumata görə, iclasda Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak edib, məruzələr dinlənilib.İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub, aidiyyəti qurumlara tapşırıqlar verilib....
18 Mart 2025, 14:38

FHN hava şəraiti ilə əlaqədar müraciət edib
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Citypost.az xəbər verir ki, müraciətdə deyilir:"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gecədən başlayaraq havanın kəskin dəyişəcəyi, yaxın günlər ərzində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, yağıntıların ayrı-ayrı yerlərdə insensivləşəcəyi, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır.FHN əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırırGüclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir....
18 Mart 2025, 14:27

Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndindən paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva İnstaqram hesabında Ağdərə rayonu, Həsənriz kəndindən paylaşım edib.Citypost.az xəbər verir ki, paylaşımda deyilir:“Ağdərə rayonu, Həsənriz kəndi. 18.03.2025. Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, sevgi və səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! İlaxır çərşənbəniz mübarək!”.
18 Mart 2025, 14:06

DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək
Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.Citypost.az xəbər verir ki, bu barədə BDYPİ-dən bildirilib.Novruz bayramı ilə əlaqədar yollarda nəqliyyat vasitələrinin və sərnişin axınının artması gözlənilirQeyd olunub ki, Novruz bayramı ilə əlaqədar ölkə yollarında nəqliyyat vasitələrinin və sərnişin axınının artması gözlənilir:"Əhalinin bölgələrə, kəndlərə səfərlərinin artması, bayram şənliklərinin keçirildiyi məkanlarda sıxlığın yaranması nəzərə alınaraq, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.Bu müddətdə respublikanın magistral yollarında, şəhərlərə və rayon mərkəzlərinə giriş-çıxışlarda, turizm və istirahət zonalarına aparan yollarda nəzarət tədbirləri gücləndiriləcək".DYP sürücüləri və piyadaları diqqətli olmağa, yol hərəkəti qaydalarına...
18 Mart 2025, 14:00