Sərhəddə atışmalar: Rəsmi Bakıdan İrəvana cavab...
Hadisə 18 Mart 2025, 14:44

170
Ermənistan Baş nazirinin ofisinin Azərbaycana qarşı tamamilə əsassız iddialarla yanaşı, yerdəki reallıqları və sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən 18 mart 2025-ci il tarixli bəyanatını qətiyyətlə rədd edirik.
Citypost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin ofisinin sərhəddə atışmalar və digər antiazərbaycan iddiaları ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyan etdiyi atəş açılması hallarına, eləcə də Ermənistan tərəfinin də xəbərdar olduğu video çəkilişlərdə görünən Ermənistan hərbi qulluqçularının açıq təxribatlarına son qoyulması sabitlik üçün zəruri şərtdir. Xoşməramlılıq nümayiş etdirmək və bu cür təxribatlara son qoymaq əvəzinə, Ermənistan tərəfinin mücərrəd və praktiki olaraq qeyri-mümkün təklifləri Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı müddətində olduğu kimi heç bir əsası yoxdur. Bu, işğala son qoymağa çağırış etmək əvəzinə, Minsk Qrupu həmsədrlərinin irəli sürdüyü təklifləri xatırladır.
Əgər Ermənistan hökuməti, Baş nazirin ofisinin də bəyan etdiyi kimi sülh gündəmini rəhbər tutursa, o zaman sərhədyanı ərazilərdə hücum silahlarının yerləşdirilməsi də daxil olmaqla kütləvi hərbiləşmənin Ermənistanın belə bir gündəliyinə necə xidmət etdiyi barədə izahat verməsi yerinə düşərdi.
İki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılması ilə bağlı Ermənistanın guya xoşməramlı olmasına gəlincə, məhz Azərbaycanın sülh sazişi üzərində işləmək təklifi ilə ilk addımları hələ 2022-ci ilin əvvəlində atmasına baxmayaraq, Ermənistanın bütün vasitələrlə prosesi necə pozduğu faktını xatırlatmaq yerinə düşər. Onu da qeyd edək ki, Ermənistanın danışıqlarda törətdiyi çoxsaylı çağırışlara, o cümlədən Azərbaycan ərazilərindən qalan qüvvələrini çıxarmaqdan imtina etməsinə və ərazilərimizdə qurduqları rejimi təşviq etməsinə baxmayaraq, məhz Azərbaycanın səyləri və tədbirləri nəticəsində prosesdə belə bir nailiyyət əldə olunub.
Eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarına son qoymaq üçün konstitusiyaya dəyişiklik edilməsi barədə uzun müddət bundan əvvəl irəli sürülmüş tələbimizdən xəbərdar olmasına baxmayaraq, Ermənistanın bu çağırışa məhəl qoymaması olduqca narahatlıq doğurur. Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Bununla yanaşı, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.
30 ilə yaxın müddətdə məhz tərəf olduğu beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozan, Azərbaycana qarşı təcavüz törədən, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlədən ölkə kimi Ermənistanın belə mexanizmlərdən danışmağa mənəvi haqqı yoxdur.
Kommunikasiyaların açılması məsələsinə gəldikdə, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinə baxmayaraq, Ermənistan bu öhdəlikləri 4 il ərzində yerinə yetirməyib. Bunun əvəzinə, onlar diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədilə, mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürüblər. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır.
Azərbaycan bütün istiqamətlərdə sülh səylərini davam etdirəcək və bu prosesə qarşı addımların qarşısını qətiyyətlə alacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, martın 18-i saat 08:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
18 Mart 2025, 11:45

Bərdədə doğuş zamanı ana ölüb, körpəsi sağ qalıb
Bərdə rayonunda doğuş zamanı 28 yaşlı ana ölüb, körpəsi sağ qalıb.Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Füruzə Qaçaylı kəskin ağrılarla xəstəxanaya müraciət edib.37 həftəlik hamiləlik dövründə olan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasında doğuş əməliyyatına götürülüb və əməliyyat normal keçib. Lakin daha sonra halı pisləşən F.Qaçaylı həyatını itirib, doğulan körpə (oğlan) isə sağdır.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
18 Mart 2025, 10:28

Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub
Martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Citypost.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
18 Mart 2025, 09:19

SON DƏQİQƏ! Kütləvi həbslər başladı: Siyahıda kimlər var?
Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı cinayət işi başlanıb.Citypost.az xəbər verir ki,APA-nın əldə etdiyi məlumata görə, Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2 , 213.1 , 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.Cinayət işi Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri - hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarını araşdırır.Qrantlar necə verilib?Əldə etdiyimiz məlumata görə, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda qeydiyyatdan keçməmiş "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, " Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli,...
15 Mart 2025, 19:29

Azərbaycan Qırğızıstan ilə Tacikistan arasındakı sərhəd anlaşmasını alqışlayır
Azərbaycan Qırğızıstan ilə Tacikistan arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını alqışlayır.CityPost.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, bu tarixi saziş iki xalq arasında dostluq əlaqələrini, Mərkəzi Asiyanın sabitliyi və çiçəklənməsini daha da gücləndirəcək mühüm addımdır."Bu mühüm nailiyyət münasibətilə hər iki qardaş ölkəni ürəkdən təbrik edirik" - XİN-in paylaşımında vurğulanıb....
15 Mart 2025, 11:06

Azərbaycanda ata oğlunu öldürdü
Tərtərdə qətl törədilib.
14 Mart 2025, 14:00