Bizə yazın

Baku

-°C

USD

-

Bərdədə doğuş zamanı ana ölüb, körpəsi sağ qalıb 

Hadisə 18 Mart 2025, 10:28

276

Bərdə rayonunda doğuş zamanı 28 yaşlı ana ölüb, körpəsi sağ qalıb.

Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Füruzə Qaçaylı kəskin ağrılarla xəstəxanaya müraciət edib.

37 həftəlik hamiləlik dövründə olan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasında doğuş əməliyyatına götürülüb və əməliyyat normal keçib. Lakin daha sonra halı pisləşən F.Qaçaylı həyatını itirib, doğulan körpə (oğlan) isə sağdır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sərhəddə atışmalar: Rəsmi Bakıdan İrəvana cavab...  

Ermənistan Baş nazirinin ofisinin Azərbaycana qarşı tamamilə əsassız iddialarla yanaşı, yerdəki reallıqları və sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən 18 mart 2025-ci il tarixli bəyanatını qətiyyətlə rədd edirik.Citypost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin ofisinin sərhəddə atışmalar və digər antiazərbaycan iddiaları ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyan etdiyi atəş açılması hallarına, eləcə də Ermənistan tərəfinin də xəbərdar olduğu video çəkilişlərdə görünən Ermənistan hərbi qulluqçularının açıq təxribatlarına son qoyulması sabitlik üçün zəruri şərtdir. Xoşməramlılıq nümayiş etdirmək və bu cür təxribatlara son qoymaq əvəzinə, Ermənistan tərəfinin mücərrəd və praktiki olaraq...

18 Mart 2025, 14:44

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub  

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, martın 18-i saat 08:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

18 Mart 2025, 11:45

Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub

Martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.  Citypost.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

18 Mart 2025, 09:19

SON DƏQİQƏ! Kütləvi həbslər başladı: Siyahıda kimlər var?  

Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı cinayət işi başlanıb.Citypost.az  xəbər verir  ki,APA-nın əldə etdiyi məlumata görə, Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2 , 213.1 , 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.Cinayət işi Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri - hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarını araşdırır.Qrantlar necə verilib?Əldə etdiyimiz məlumata görə, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda qeydiyyatdan keçməmiş "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, " Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli,...

15 Mart 2025, 19:29

Azərbaycan Qırğızıstan ilə Tacikistan arasındakı sərhəd anlaşmasını alqışlayır 

Azərbaycan Qırğızıstan ilə Tacikistan arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını alqışlayır.CityPost.az  xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, bu tarixi saziş iki xalq arasında dostluq əlaqələrini, Mərkəzi Asiyanın sabitliyi və çiçəklənməsini daha da gücləndirəcək mühüm addımdır."Bu mühüm nailiyyət münasibətilə hər iki qardaş ölkəni ürəkdən təbrik edirik" - XİN-in paylaşımında vurğulanıb....

15 Mart 2025, 11:06

Azərbaycanda ata oğlunu öldürdü  

Tərtərdə qətl törədilib.

14 Mart 2025, 14:00