Bizə yazın

Baku

-°C

USD

-

ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

Hadisə 06 Aprel 2025, 10:54

285

İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən xəbərə görə, Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub  

Aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb."Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb", MN-in məlumatında deyilir.

07 Aprel 2025, 11:57

Gəncədə ana və iki övladı qidadan zəhərləndi

Gəncədə ana və iki övladı qidadan zəhərlənib.Citypost.az xəbər verir ki, şəhər sakinləri, 1981-ci il təvəllüdlü L.Nəcəfova və onun övladları, 2010-cu il təvəllüdlü K.Nəcəfov, 2005-ci il təvəllüdlü R.Nəcəfov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

06 Aprel 2025, 11:16

Ağdamda azad edilmiş ərazidə mina hadisəsi baş verib, rayon sakini yaralanıb

Bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina hadisəsi baş verib.Citypost.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlu minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!...

06 Aprel 2025, 11:00

İndoneziyada torpaq sürüşməsi: 10 ölü

İndoneziyanın Yava adasında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində uçurumun kənarındakı yola torpaq parçası düşməsi nəticəsində 10 nəfər həyatını itirib.Citypost.az xəbər verir ki, yerli polis rəsmisi Andi Yudha Pranata məsələ ilə bağlı açıqlama verib.Həddindən artıq yağış səbəbiylə Java adasında daşqın və torpaq sürüşməsinin meydana gəldiyini bildirən Pranata, yamac yolu ilə hərəkət edən avtomobillərin üzərinə bir torpaq parçasının düşdüyünü bildirib.Pranata qeyd edib ki, üçü uşaq olmaqla ümumilikdə 10 nəfərin cəsədi yerdən çıxarılıb.İndoneziyada oktyabrdan aprel ayına qədər davam edən mövsümi yağışlar tez-tez daşqın və sürüşmələrə səbəb ola bilər.Yeganə...

04 Aprel 2025, 17:11

Füzulidə ev yanıb  

Füzuli rayonunun İkinci Mahmudlu kəndində yanğın olub.Citypost.az xəbər verir ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

04 Aprel 2025, 15:59

Goranboyda məktəbdə valideyn bıçaqla müəllimə xəsarət yetirib - YENİLƏNİB  

Aprelin 3-də Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbdə baş vermiş insidentlə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.Bu barədə Citypost.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.Bildirilib ki, 2-ci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib. Sinif rəhbəri şagirdi qorumaq istəyən zaman valideyn müəllimə xəsarət yetirib. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəllimə müvafiq tibbi yardım göstərilib. Şagirdin valideyninin uyğunsuz davranışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.Qeyd edilib ki, şagirdin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Təhsil müəssisəsinin psixoloqu tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi...

03 Aprel 2025, 17:19