Bizə yazın

Baku

-°C

USD

-

Qarabağın yenidən bərpası üçün nə qədər vəsait ayrılıb?  

İqtisadiyyat 18 Aprel 2025, 18:00

326

Bu ilin I rübündə Azərbaycan işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına 812,3 milyon manat vəsait yönəldib.

CityPost.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 33,5 % azdır.

Hesabat dövründə sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 %-i istifadə olunub. Bu isə 1 il əvvələ nisbətən 11,6 faiz bəndi azdır.

Xatırladaq ki, 2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. 2025-ci ildə isə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan neftinin qiyməti 69 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,88 ABŞ dolları və ya 1,29% artaraq 69,34 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,46 ABŞ dolları təşkil edib.

18 Aprel 2025, 09:49

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb  

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

17 Aprel 2025, 10:00

Azərbaycan neftinin qiyməti cüzi azalıb  

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,43 ABŞ dolları və ya 0.64% azalaraq 67,14 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67,57 ABŞ dolları təşkil edib.

16 Aprel 2025, 12:12

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb  

Gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 251 milyon 300 min manat, xərcləri 42 milyard 230 milyon manat olacaq.CityPost.az-ın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin açıqladığı 2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəricilərində əksini tapıb.Beləliklə, 2025-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 895 milyon 300 min manat, yaxud 2,33 faiz, xərcləri 822 milyon 400 min manat, yaxud 1,98 faiz artacaq.Qeyd edək ki, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat məbləğində təsdiq edilib....

15 Aprel 2025, 21:23

Səhiyyə xərcləri 3,8 faiz artırılacaq

Gələn il üçün proqnozlaşdırılan səhiyyə xərcləri məlum olub.Citypost.az-ın xəbərinə görə, bu, 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb.Gələn il bu sahəyə 2 milyard 069 milyon 680.4 min manat ayrılması proqnozlaşdırılır. Bu, 2025-ci ildə bu sahəyə ayrılması nəzərdə tutulan xərclərdən 76 milyon 102 min manat, yaxud 3,8 faiz çoxdur. 2025-ci ildə səhiyyə sahəsinə 1 milyard 993 milyon 578,3 min manat ayrılması nəzərdə tutulub.Səhiyyə xərcləri 2027-ci ildə 2 milyard 145 milyon 131.3 min manat, 2028-ci ildə 2 milyard 241 milyon 524.4 min manat, 2029-cu ildə 2 milyard 332 milyon 409.1 min...

15 Aprel 2025, 18:24

Azərbaycan neftinin qiyməti 67 dolları ötüb  

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,96 ABŞ dolları və ya 1,44% artaraq 67,57 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66,61 ABŞ dolları təşkil edib.

15 Aprel 2025, 10:17