Bizə yazın

Baku

-°C

USD

-

Yardımlıda narkokuryerlər saxlanılıb  

Cəmiyyət 21 Aprel 2025, 13:26

193

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə hər ikisi əvvəllər məhkum olunmuş 37 Natiq Baxışov və 40 yaşlı Tural Şıxıyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan CityPost.az-a verilən məlumata görə, onlardan ümumilikdə 13 kiloqram marixuana və 4558 ədəd ədəd metadon həbi aşkarlanıb. T.Şıxıyev və N.Baxışovun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında Bakı şəhərində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.(apa)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xocalı soyqırımına rəhbərlik edənlər - Qukasyandan AÇIQLAMA  

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 21-də davam etdirilib.CityPost.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin...

21 Aprel 2025, 21:28

Sabah bu ərazilərdə işıq olmayacaq  

Lənkəran və Masallı Elektrik Şəbəkələrində (EŞ) 10 kV-luq hava xətlərində təmir işlərinin aparılması ilə əlaqədar aprelin 22-də bir sıra ərazilərdə elektrik xətləri sifarişə əsasən açılacaq. Bu barədə CityPost.az-a “Azərişıq” ASC-dən bildirilib. Bununla əlaqədar olaraq saat 11:00-dan saat 13:00-dək Lənkəranın Şiləvar, Digah kəndləri, Qalayçılar və Kürə adlanan ərazilərində, saat 11:00-dan saat 15:00-dək Masallıda şəhər ərazisinin bir hissəsi, eləcə də Puşkin, Nəriman Nərimanov, Füzuli küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....

21 Aprel 2025, 21:19

Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər  

“Bakı Metropoliteni” QSC Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) nümayəndə heyətləri ilə geniş formatda görüşlər keçirib.Bu barədə CityPost.az-a QSC-dən bildirilib.Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş 2025–2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə Dövlət Proqramı çərçivəsində iki maliyyə təşkilatının birgə missiyası zamanı keçirilən görüşlər metro sisteminin genişləndirilməsi və maliyyələşdirilməsinə dair məsələlərə həsr olunub.Üç gün davam edən müzakirələrdə Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Tərəflər texniki dəstək, maliyyələşmə mexanizmləri, satınalma prosedurları, ekoloji tələblər və digər məsələlər üzrə razılıqlar əldə ediblər. Layihə konsepsiyasının hazırlanması, texniki sənədlərin işlənməsi və tender proseslərinə dair...

21 Aprel 2025, 19:54

Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  

Aprelin 22-24-də əsasən gecə və axşam saatlarında bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Məlumata əsasən, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək....

21 Aprel 2025, 18:31

İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək  

1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 500,0 (iki min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 250,0 (bir min iki yüz əlli) manat məbləğində birdəfəlik maddi...

21 Aprel 2025, 16:53

Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək - SƏRƏNCAM  

Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək.

21 Aprel 2025, 16:48