Bizə yazın

Baku

-°C

USD

-

Trampdan Rusiya və Ukraynaya “böyük ticarət” TƏKLİFİ

Dünya 21 Aprel 2025, 12:23

205

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna bu həftə razılığa gəlsələr, onlara “böyük ticarət” vəd edib.

CityPost.az xəbər verir ki, Tramp "Trut"h sosial platformasında Pasxa bayramı üçün müvəqqəti atəşkəs tətbiq edən Rusiya və Ukrayna arasında razılaşmanı təşviq edən paylaşım edib.
"Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılığa gələcəklər. Bundan sonra hər ikisi ABŞ-la böyük iş görməyə başlayacaq və sərvət qazanacaq", - ABŞ prezidenti yazıb. 
Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskiyə döyüşmək və ya gəlirli ticarətlə məşğul olmaq seçimini verən Tramp aprelin 18-də deyib ki, tərəflərdən biri işləri çətinləşdirərsə, atəşkəs danışıqlarından imtina edə bilər.
Rusiya prezidenti Putin Pasxa bayramı ilə əlaqədar Ukraynada dünən saat 18:00-dan 21 aprel 00:00-a qədər atəşkəs elan etmək qərarına gəldiklərini açıqlayıb və Zelenski bu gün verdiyi açıqlamada Rusiyanı bir neçə dəfə atəşkəsi pozmaqda ittiham edib.
"Qaydaları qızılı olanlar qoyur"
"Truth Social" platformasındakı başqa bir yazıda ABŞ prezidenti Tramp sövdələşmədə uğur qazanmaq və qızıla sahib olmaq arasında əlaqəyə diqqət çəkib.
"Danışıqların və uğurun qızıl qaydaları: Qızılı olan, qaydaları qoyur. Təşəkkür edirəm", - Tramp deyib. 
Tramp ABŞ-la ticarət edən ölkələrə tətbiq edilən vergilərə görə onu tənqid edən iş adamlarını da hədəfə alıb, siyasətdən xəbərsiz olduqlarını bildirib.
“Onlar başa düşmürlər və ya dərk etmirlər ki, mən Amerika kapitalizminin indiyə qədər sahib olduğu ən böyük dostam”, - Tramp yazıb. 
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66