ABŞ İranla qarşıdurmada Türkiyədən neytral qalmasını istəyə bilər
Dünya 21 Aprel 2025, 16:17

284
Türkiyənin “Hürriyet” qəzeti mənbələrə istinadən xəbər verir ki, ABŞ Türkiyədən İranla münaqişə olacağı təqdirdə Suriyanın hava məkanından istifadəsinə müdaxilə etməməyi və bitərəf qalmasını istəyə bilər.
CityPost.az bu barədə "Trthaber"ə istinadən xəbər verir.
"ABŞ və İran arasında danışıqlar uğurla bitməsə, İran Türkiyə və ABŞ prezidentləri Ərdoğanla Donald Trampın görüşünün gündəmindəki maddələrdən biri olacaq. Ərdoğan təbii ki, İsrailin İrana hücumunun əleyhinədir. O, bunu regionumuz üçün təhlükəli hesab edir. Amma Türkiyədən bu müharibədə bitərəf qalması və Suriyanın hava məkanından istifadəsinə müdaxilə etməməsi tələb oluna bilər”, - nəşr yazır.
Nəşr qeyd edir ki, Tramp may ayında Yaxın Şərq turnesi çərçivəsində Türkiyəyə səfər edə bilər: "Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini ziyarət etdikdən sonra Türkiyəyə gəlməsi ehtimalı var. Əks halda, prezident Ərdoğanın ABŞ-a səfəri iyunda planlaşdırılır".
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Martın 18-dən bu günə kimi Qəzzada 600 uşaq ölüb
İsrailin atəşkəsi pozaraq Qəzza zolağına yenidən hücuma başladığı 18 martdan bu yana 600 uşağın öldürüldüyü açıqlanıb.
21 Aprel 2025, 18:00

Polşa və Baltikyanı ölkələr enerji böhranındadır
Polşa və Baltikyanı ölkələr ABŞ və Avropa Birliyinin göstərişlərinə əməl edərək BRELL enerji sistemindən və Rusiya qazından imtina edərək enerji böhranına düşdü.
21 Aprel 2025, 17:51

“La Repubblica”: Papa buna görə vəfat edib...
Papa Fransiskin ölümünün səbəbi insult və ya beyin qanaması ola bilər.
21 Aprel 2025, 17:42

ABŞ sakinlərinin əksəriyyəti Trampın iqtisadi kursunu bəyənmir - "CNBC"
"CNBC" sorğusunun nəticələrinə görə, ABŞ Prezidenti Donald Trampın iqtisadi siyasətlərinə dair reytinqləri onun bütün prezidentlik karyerasında ən pis səviyyəyə düşüb.
21 Aprel 2025, 17:30

Zelenskinin ofisi: Kiyev rejimi Krımı Rusiya kimi tanımaqdan imtina edir
Ukrayna prezident aparatının rəhbərinin müşaviri Serhi Leşşenko bildirib ki, Ukrayna və ABŞ arasında danışıqlar zamanı Krımın tanınması məsələsi qaldırılmayıb.
21 Aprel 2025, 17:17

Putin Rusiya və İran arasında tərəfdaşlıq sazişini ratifikasiya edib
Rusiya prezidenti Vladimir Putin Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqaviləni ratifikasiya edən qanunu imzalayıb.
21 Aprel 2025, 17:00