Bizə yazın

Baku

-°C

USD

-

Hamilə qadın evində bıçaqlandı  

Hadisə 21 Aprel 2025, 16:00

241

Türkiyənin Kastamonu bölgəsində dəhşətli qətl hadisəsi baş verib.

CityPost.az-ın əldə etdiyi məlumata görə, Arnavutoğlu küçəsində yerləşən yaşayış binasından yayılan pis qoxu ətraf sakinlərin narahatlığına səbəb olub.

Hadisə ilə bağlı əraziyə polis, təcili tibbi yardım və xilasetmə qrupları cəlb edilib.

Mənzilə daxil olan hüquq-mühafizə orqanları 28 yaşlı Elif C.-nin cansız bədəni ilə qarşılaşıblar. Müəyyən olunub ki, qadın hamilə olub və bir müddət əvvəl bıçaqlanaraq qətlə yetirilib. 

İlkin məlumatlara əsasən, gənc qadının subay olduğu bildirilir. Onun meyiti tibbi ekspertiza üçün Kastamonu Təhsil və Araşdırma Xəstəxanasına təhvil verilib.

Faktla bağlı araşdırmalar davam edir.(manset.az)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66