22 aptek CƏRİMƏLƏNDİ
Cəmiyyət 21 Aprel 2025, 14:18

210
Son bir il ərzində Azərbaycanda 22 aptek təşkilatı reseptsiz dərman satışına görə cərimələnib.
CityPost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. Keçirilən təftişlər zamanı son 1 il ərzində ümumilikdə 22 aptek təşkilatı bu inzibati xətaya görə cərimələnib.
Ötən il yanvarın 1-dən etibarən ölkə ərazisində "Elektron Resept" sisteminə keçid başlanılıb. Elektron reseptin üstünlüklərindən biri sistem üzərindən xəstəyə dərman vasitəsi təyin olunmamışdan öncə diaqnozun təyin olunmasıdır.
Mərkəzin keçirdiyi yoxlamalar zamanı mediada yayılan informasiyalar əsasında, vətəndaş müraciətləri, digər dövlət qurumlarından gələn müraciətlərin dəyərləndirilməsinin nəticələrinə uyğun olaraq bu və ya buna oxşar hallar müşahidə edildikdə aptek təşkilatının sahibi qanunla məsuliyyətə cəlb edilir.
Azərbaycanda dövlət qeydiyyatına alınan bütün növ antibiotik tərkibli dərman vasitələri içlik vərəqəsində yazılan buraxılma qaydasına müvafiq olaraq aptek təşkilatlarından buraxılmalıdır. Bu il ərzində bugünə kimi aptek təşkilatlarından reseptsiz buraxılışına icazə verilən antibiotik tərkibli dərman vasitəsi qeydə alınmayıb. Yəni antibiotik reseptsiz satıla bilməz.
"Antibiotiklər həkim resepti əsasında və müalicə həkimin nəzarəti altında istifadə edilməlidir. Hər antibiotik istifadəsindən qabaq həssaslıq yoxlanılmalıdır. Hətta eyni antibiotik istifadəsinin hər yeni kurs müalicəsindən qabaq da həssaslıq yoxlanılmalıdır. Bəzi antibiotiklərin istifadəsi zamanı çarpaz sensibilizasiya nəzərə alınmalıdır. Xoşagəlməz hallar müşahidə edilən zaman dərhal təcili yardıma və ya birbaşa müalicə həkiminə müraciət edilməlidir.
Bir daha vətəndaşlara antibiotiklərdən özünü müalicə proqramında istifadə etməməyi, xəstəliyin irəliləmiş stadiyalarında stasionar xidmətə müraciət etmələrini, habelə əczaçılara dərman vasitələrinin istifadə təlimatına müvafiq buraxılmalı olduğunu tövsiyə edirik", - məlumatda bildirilib.
AEM -dən bildirilib ki, ölkəyə rəsmi yolla idxal edilən dərman və tibb vasitələri ciddi yoxlanılır:
"Mərkəz dərmanların keyfiyyətini, təhlükəsizliyini və effektivliyini yoxlayaraq, idxalına icazə verməklə yanaşı, həmin dərman vasitələrinin istehsal edildiyi yerli və xarici müəssisələrdə də yoxlama aparır, həmin müəssisələrdə dərman vasitələrinin hansı şəraitdə istehsal edildiyinə də önəm verir. Bu sahədə dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi Etibarlı İstehsalat Təcrübəsi (Good Manufacturing Practice – GMP) standartlarının tətbiqi ilə təmin olunur. Son illərdə Azərbaycanın əczaçılıq sahəsində sözügedən beynəlxalq tələblərə uyğunlaşdırılma istiqamətində ciddi addımlar atılır. Bir neçə gün öncə yeni GMP qaydalarının təsdiq edilməsini bu addımlardan biri kimi qeyd etmək olar".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Xocalı soyqırımına rəhbərlik edənlər - Qukasyandan AÇIQLAMA
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 21-də davam etdirilib.CityPost.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin...
21 Aprel 2025, 21:28

Sabah bu ərazilərdə işıq olmayacaq
Lənkəran və Masallı Elektrik Şəbəkələrində (EŞ) 10 kV-luq hava xətlərində təmir işlərinin aparılması ilə əlaqədar aprelin 22-də bir sıra ərazilərdə elektrik xətləri sifarişə əsasən açılacaq. Bu barədə CityPost.az-a “Azərişıq” ASC-dən bildirilib. Bununla əlaqədar olaraq saat 11:00-dan saat 13:00-dək Lənkəranın Şiləvar, Digah kəndləri, Qalayçılar və Kürə adlanan ərazilərində, saat 11:00-dan saat 15:00-dək Masallıda şəhər ərazisinin bir hissəsi, eləcə də Puşkin, Nəriman Nərimanov, Füzuli küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....
21 Aprel 2025, 21:19

Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
“Bakı Metropoliteni” QSC Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) nümayəndə heyətləri ilə geniş formatda görüşlər keçirib.Bu barədə CityPost.az-a QSC-dən bildirilib.Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş 2025–2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə Dövlət Proqramı çərçivəsində iki maliyyə təşkilatının birgə missiyası zamanı keçirilən görüşlər metro sisteminin genişləndirilməsi və maliyyələşdirilməsinə dair məsələlərə həsr olunub.Üç gün davam edən müzakirələrdə Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Tərəflər texniki dəstək, maliyyələşmə mexanizmləri, satınalma prosedurları, ekoloji tələblər və digər məsələlər üzrə razılıqlar əldə ediblər. Layihə konsepsiyasının hazırlanması, texniki sənədlərin işlənməsi və tender proseslərinə dair...
21 Aprel 2025, 19:54

Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Aprelin 22-24-də əsasən gecə və axşam saatlarında bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Məlumata əsasən, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək....
21 Aprel 2025, 18:31

İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 500,0 (iki min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 250,0 (bir min iki yüz əlli) manat məbləğində birdəfəlik maddi...
21 Aprel 2025, 16:53

Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək - SƏRƏNCAM
Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək.
21 Aprel 2025, 16:48