Bizə yazın

Baku

-°C

USD

-

Sumqayıtda fabrikdə 19 nəfər zəhərləndi

Hadisə 21 Aprel 2025, 17:33

180

Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə olub.

CityPost.az-ın Apa-ya istinadən məlumatına görə, hadisə tekstil fabrikində baş verib.

Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

TƏBİB-dən bildirilib ki, aprelin 21-də saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66