Bizə yazın

Baku

-°C

USD

-

İspaniyada üç günlük matəm elan edildi

Dünya 21 Aprel 2025, 15:00

315

İspaniya Nazirlər Şurası Roma Papası Fransiskin vəfatı ilə əlaqədar üç günlük matəm elan etmək qərarına gəlib.

CityPost.az xəbər verir ki, bu barədə jurnalistlərə baş nazirlik aparatının rəhbəri və krallığın ədliyyə naziri Feliks Bolayos məlumat verib.

"İspaniya hökuməti Roma Papası Fransiskin vəfatı ilə əlaqədar üç günlük rəsmi matəm elan edəcək. "Fransiskin pontifikasiyası tarixdə iz qoyacaq Katolik Kilsəsinin yenilənməsi və islahatı üçün təkan demək idi".

İspaniyanın bütün əsas siyasi xadimləri, o cümlədən baş nazir Pedro Sançes artıq pontifikin ölümü ilə bağlı başsağlığı verib.

Bundan əvvəl Müqəddəs Taxt-Tacın mətbuat xidməti Roma Katolik Kilsəsinin rəhbərinin 89 yaşında dünyasını dəyişdiyini bildirmişdi.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66