Bizə yazın

Baku

-°C

USD

-

Təcili yardım maşını da suda batdı - VİDEO/FOTO  

Hadisə 16 Aprel 2025, 16:09

700

Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şamaxı, Qobustan, Siyəzən rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.

CityPost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 17-si uşaq olmaqla ümumilikdə 41 nəfər vətəndaş təxliyə olunub.

Həmçinin nazirliyin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdən, o cümlədən paytaxtın Nərimanov rayonunda Bağırov körpüsü adlanan ərazidəki tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.


     

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ermənistanda İrana məxsus yük maşını aşıb 

Ermənistanın Sünik vilayətində İrana məxsus yük maşını aşıb.Bu barədə “Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir.Məlumata görə, hadisə bu gün gündüz saatlarında baş verib. 47 yaşlı sürücü Kərim Nəzəri idarəetməni itirib, nəticədə yük maşını yoldan çıxaraq ağaclara çırpılıb və aşıb. Qəzadan sonra yanacaq çəni deşilib və yanacaq ətrafa axıb.Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qafan xəstəxanasına yerləşdirilib.

18 Aprel 2025, 21:41

Ötən gün vətəndaşların bank kartlarından 52 min manata yaxın vəsait oğurlanıb

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.CityPost.az xəbər verir ki, bu barədə DİN-in mətubat xidmətindən bildirilib.Qeyd edilib ki, aprelin 17-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 34427, 7050, 3970, 1500, 999, 830, 670, 500, 483, 303, 300, 250, 192, 85 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.“Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə...

18 Aprel 2025, 10:00

Orduxan da prokurorluğa çağırıldı - Barəsində həbs qərarı var 

Bəbirov Orduxan Teymurxan oğlu Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.Citypost.az-ın  məlumatına görə, təqsirləndirilən şəxsə izah edilir ki, o, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə mayın 16-sı saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Baş Prokurorluğun İstintaq İdarəsinin inzibati binasına gəlməlidir.Bildirilib ki, 202006049 nömrəli cinayət işi üzrə Bəbirov Orduxan Teymurxan oğlunun Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci  maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib. Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir...

17 Aprel 2025, 15:38

Ötən gün vətəndaşların bank kartlarından 15 min manatdan çox pul oğurlanıb 

Vətəndaşların bank kartlarından aprelin 16-da 15 min 40 manat pul oğurlanıb.Bu barədə CityPost.az-a  Daxili İşlər Nazirliyindən məlumat verilib. Nazirlikdən vətəndaşlara müraciət edilərək bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır:"Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 16-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 4709, 4000, 2375, 1500, 790, 514, 464, 234, 200, 167, 87 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil...

17 Aprel 2025, 11:40

Kartlardan daha 32 min manat oğurlandı 

Aprelin 15-də vətəndaşların bank kartlarından 32 306 manat oğurlanıb.Citypost.az  xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, aprelin 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 13 700, 3450, 3017, 1827, 1600, 1396, 1288, 1140, 1121, 1010, 822, 493, 330, 303, 300, 221, 170, 118 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.Nazirlik vətəndaşları kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu kimi məxfi məlumatları tanımadıqları şəxslərlə bölüşməməyi tövsiyə edib....

16 Aprel 2025, 10:39

Sabunçuda əməliyyat keçirilib, 29 kiloqram narkotik dövriyyədən çıxarılıb 

Bakının Sabunçu rayonunda keçirilən əməliyyat zamanı 29 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sabunçu rayonunda keçirdikləri əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 49 yaşlı Fuad Cəfərov tutulub. Onun idarə etdiyi avtomobildən 29 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb. F.Cəfərov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə paytaxt ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....

15 Aprel 2025, 15:26