Meloni sabah Trampla tarifləri müzakirə edəcək
Dünya 16 Aprel 2025, 15:24

601
İtaliyanın baş naziri Corciya Meloni sabah Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşərək beynəlxalq məsələləri, xüsusilə də tarifləri müzakirə edəcək.
CityPost.az xəbər verir ki, İtaliya Baş Nazirliyinin açıqladığı həftəlik proqrama əsasən, Meloni sabahdan etibarən iki gün ardıcıl olaraq ABŞ rəhbərliyi ilə yüksək səviyyəli təmaslar keçirəcək.
Meloni aprelin 17-də Vaşinqtonda Trampla görüşəcək və sonra Pasxa bayramı üçün İtaliyada olacaq ABŞ-ın vitse-prezidenti J.D.Vansı qəbul etmək üçün dərhal Romaya qayıdacaq.
İtaliya mətbuatında çıxan xəbərlərə görə, ABŞ prezidenti Trampın son həftələrdə Avropa Birliyi (AB) ölkələri də daxil olmaqla bir çox ölkə üçün gündəmə gətirdiyi yeni gömrük tarifləri məsələsi Meloni səfərinin əsas prioritetidir.
İki liderin tariflərdən əlavə, müdafiə xərclərinin artırılması, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət, ABŞ-Avropa İttifaqı (Aİ) münasibətləri, enerji və Çinlə münasibətləri müzakirə edəcəyi gözlənilir.
Trampla prezident olmamışdan əvvəl 8 dekabr 2024-cü ildə Parisdə Notr-Dam kilsəsinin açılışında, daha sonra yanvarın 5-də Floridadakı malikanəsində görüşən və yanvarın 20-də Trampın andiçmə mərasimində iştirak edən yeganə Avropa lideri olan Meloni, onun ABŞ və AB arasında rüsumlar məsələsində körpü rolunu oynaya biləcəyi ictimai maraq mövzusudur.
Mətbuatda yayılan xəbərlər hər iki liderin aralarındakı yaxşı münasibətləri vurğuladığına diqqət çəksə də, sabahkı görüşün Meloninin Tramp üzərində hər hansı təsirinin olub-olmaması ilə bağlı sınaq olacağına dair şərhlər var.
Dünən Romada qatıldığı tədbirdə çıxış edən baş nazir Meloni də Trampla keçirəcəyi görüşə işarə edərək, "Gəlin yaxın saatlarda vəziyyətin necə inkişaf edəcəyini görək. Çətin zamandır" deyib.
Meloni onlara edilən təzyiqlərə diqqət çəkərək tariflə bağlı əllərindən gələni edəcəklərini bildirib.
Baş nazir Meloni qeyd edib ki, bu görüşdə Trampa İtaliya məhsulları idxal edən ölkələrdə sərvət yaratdığını söyləyəcək.
La Stampa qəzetinin bugünkü xəbərinə görə, Meloni, ABŞ səfərindən əvvəl iki baş nazirin müavini, iqtidar partiyası ilə görüşdü; O, həmçinin Antonio Tajani və Matteo Salvini və onların nazirlərindən bu səfər zamanı mübahisələrə səbəb ola biləcək bəyanatlardan çəkinmələrini istəyib.
“İl Messaggero” qəzeti də ABŞ-ın bir müddət əvvəl AB-nin sənayedə sıfır tarif təklifini rədd etdiyini xatırladaraq, Brüsselin Vaşinqtonun nə istədiyini anlamaqda çətinlik çəkdiyini, bu arada ABŞ-la dialoqun yolunu açan Meloni Tramp administrasiyasını AB ilə tarif məsələsində bir masa arxasına oturmağa razı salmağa çalışacağını bildirib.
Bildirilib ki, Meloni ABŞ-a səfəri öncəsi Aİ Komissiyasının sədri Ursula fon der Leyen ilə də müntəzəm əlaqə saxlayır.
Bu arada Fransanın sənaye naziri Marc Ferracci ötən həftə "Meloninin səfərinin AB-nin birliyini poza biləcəyini" desə də, Fransa hökumətinin sözçüsü Sofi Primas daha sonra Meloninin ABŞ-a səfərinin "onları narahat etmədiyini" qeyd edib, çünki İtaliya Aİ ilə həmrəy olduğunu bəyan edib.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

WSJ: Tramp Administrasiyası Suriyanın yeni rəhbərliyini hədələyir
The Wall Street Journal yazır ki, Tramp administrasiyası Dəməşqdən ekstremistlərə qarşı sərt tədbirlər görməsini və məhdud sanksiyaların aradan qaldırılması müqabilində fələstinli yaraqlıları ölkədən çıxarmasını istəyir.
18 Aprel 2025, 17:30

Tramp əmindir ki, Aİ ilə ticarət razılaşması əldə edəcək
ABŞ prezidenti Donald Tramp və İtaliyanın baş naziri Corciya Meloni ABŞ və Avropa İttifaqının (Aİ) ticarət tarifləri ilə bağlı razılığa gələ biləcəklərinə əmin olduqlarını bildiriblər.
18 Aprel 2025, 17:17

NATO ABŞ administrasiyasına görə sənədlərdə dili "yumşaldır"
“Politico” öz mənbələrinə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı (NATO) hazırda inklüzivlik, gender problemləri və iqlimlə bağlı sənədlərdəki ifadələri bilərəkdən "yumşaldır".
18 Aprel 2025, 16:44

Zelenskidən FƏRMAN: Səfərbərliyin müddəti uzadıldı
Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 2025-ci il avqustun 6-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.
18 Aprel 2025, 16:30

Kainatın "itkin" maddəsi tapıldı-Tədqiqat
İllərdir sirr olaraq qalan “itkin baryonlar” nəhayət ortaya çıxıb. Beynəlxalq astronomlar qrupu aşkar edib ki, kainatın görünən maddəsinin itkin yarısı qalaktikaları əhatə edən nəhəng hidrogen buludlarında gizlənib.
18 Aprel 2025, 16:16

Qəzzada körpələr qida və dərman çatışmazlığından ölür
İsrailin martın 2-dən bəri yardımların girməsinə icazə vermədiyi Qəzza zolağında 11 aylıq körpə qida və dərman çatışmazlığı səbəbindən həyatını itirib.
18 Aprel 2025, 15:49