Bizə yazın

Baku

-°C

USD

-

Cənubi Koreya polisi prezident ofisində araşdırma aparıb

Dünya 16 Aprel 2025, 17:00

657

Cənubi Koreyada hərbi vəziyyət elan edildikdən sonra Yoon Suk Yeolun prezident vəzifəsindən uzaqlaşdırılmasından sonra polis araşdırmaları çərçivəsində prezident və Prezident Təhlükəsizlik Xidmətinin (PSS) ofislərində axtarış aparıb.

CityPost.az xəbər verir ki, "Yonhap"ın məlumatına görə, polis 2024-cü il dekabrın 3-də hərbi vəziyyət elan edilməsi ilə bağlı aparılan istintaq çərçivəsində dəlil axtarışı ilə bağlı açıqlama verib.
Polis, prezident və PSS ofislərinə basqın etdiklərini və oradakı təhlükəsiz telefon serverlərini və təhlükəsizlik kameralarını yoxladıqlarını söyləyib.
PSS-in sədr müavini Kim Seong-hoon yanvar ayında Yoonun saxlanmasına mane olmağa çalışdığı üçün saxlanılıb.
Yoonun hərbi vəziyyət elan etməsi və impiçment prosesi
O zamankı prezident Yoon Suk Yeol 2024-cü il dekabrın 3-də müxalifətin dövlət əleyhinə fəaliyyətə qarışdığını əsas gətirərək hərbi vəziyyət elan etmiş, lakin bu qərar parlamentin səsverməsi və Nazirlər Kabinetinin təsdiqi ilə ləğv edildikdən sonra geri çəkilmək məcburiyyətində qalmışdı.
2024-cü il dekabrın 14-də Milli Assambleyada keçirilən səsvermədə impiçment tələb edilən Yoon Konstitusiya Məhkəməsinin onun işi ilə bağlı qərarı çıxana qədər vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılıb.
Məhkəmədən sonra Konstitusiya Məhkəməsi 4 aprel tarixli qərarında Milli Məclisin impiçment tələbini qəbul edib və hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Yoonun vəzifəsindən uzaqlaşdırılmasını təsdiqləyib.
Digər tərəfdən, Yoonun vəzifədən uzaqlaşdırılmasından sonra iyunun 3-də yeni prezidenti müəyyən edəcək seçkilər keçiriləcək.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

WSJ: Tramp Administrasiyası Suriyanın yeni rəhbərliyini hədələyir

The Wall Street Journal yazır ki, Tramp administrasiyası Dəməşqdən ekstremistlərə qarşı sərt tədbirlər görməsini və məhdud sanksiyaların aradan qaldırılması müqabilində fələstinli yaraqlıları ölkədən çıxarmasını istəyir.

18 Aprel 2025, 17:30

Tramp əmindir ki, Aİ ilə ticarət razılaşması əldə edəcək

ABŞ prezidenti Donald Tramp və İtaliyanın baş naziri Corciya Meloni ABŞ və Avropa İttifaqının (Aİ) ticarət tarifləri ilə bağlı razılığa gələ biləcəklərinə əmin olduqlarını bildiriblər.

18 Aprel 2025, 17:17

NATO ABŞ administrasiyasına görə sənədlərdə dili "yumşaldır"

“Politico” öz mənbələrinə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı (NATO) hazırda inklüzivlik, gender problemləri və iqlimlə bağlı sənədlərdəki ifadələri bilərəkdən "yumşaldır".

18 Aprel 2025, 16:44

Zelenskidən FƏRMAN: Səfərbərliyin müddəti uzadıldı

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 2025-ci il avqustun 6-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

18 Aprel 2025, 16:30

Kainatın "itkin" maddəsi tapıldı-Tədqiqat

İllərdir sirr olaraq qalan “itkin baryonlar” nəhayət ortaya çıxıb. Beynəlxalq astronomlar qrupu aşkar edib ki, kainatın görünən maddəsinin itkin yarısı qalaktikaları əhatə edən nəhəng hidrogen buludlarında gizlənib.

18 Aprel 2025, 16:16

Qəzzada körpələr qida və dərman çatışmazlığından ölür

İsrailin martın 2-dən bəri yardımların girməsinə icazə vermədiyi Qəzza zolağında 11 aylıq körpə qida və dərman çatışmazlığı səbəbindən həyatını itirib.

18 Aprel 2025, 15:49