Bizə yazın

Baku

-°C

USD

-

ABŞ Çini 245%-ə qədər tariflərlə hədələyib 

Dünya 16 Aprel 2025, 16:44

765

ABŞ prezidenti Donald Tramp kritik minerallara tətbiq edilən tarifləri qiymətləndirmək üçün yenidən nəzərdən keçirilməsini əmr edib.

CityPost.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

"Çin cavab tədbirləri nəticəsində ABŞ-dan idxala 245%-ə qədər tariflərlə üzləşəcək", - Ağ Ev bildirib. 

Tramp, Ticarət Departamentinə qanun çərçivəsində kritik mineralların milli təhlükəsizlik araşdırmasına başlamağı əmr edən bir sərəncam imzalayıb.
İcra sərəncamında bildirilirdi ki, ABŞ-ın bu mineralların idxalından asılılığı milli təhlükəsizlik, hərbi hazırlıq, qiymət sabitliyi, iqtisadi rifah və dayanıqlılıq üçün risklər yarada bilər.
Sərəncama əsasən, Ticarət Departamenti apardığı araşdırmanın nəticələrini 180 gün ərzində Trampa təqdim etməli və tariflərin tətbiq edilib-edilməməsini tövsiyə etməlidir.
Çinin cavabı
İcmalın təfərrüatlarını özündə əks etdirən Ağ Evin bəyanatında aprelin 2-də açıqlanan qarşılıqlı gömrük rüsumları ilə bağlı yenilənmiş məlumat da paylaşılıb.
Bəyanatda 75-dən çox ölkənin yeni ticarət razılaşmalarını müzakirə etmək üçün bir araya gəldiyi vurğulanıb və hazırda fərdiləşdirilmiş yüksək tariflərin dayandırıldığı xatırladılıb.
Açıqlamada Çinin qisas almağa üstünlük verdiyi vurğulanıb və ölkənin bir neçə ay əvvəl qalium, germanium, sürmə və potensial hərbi tətbiqi olan mühüm yüksək texnologiyalı materialların ABŞ-a ixracını qadağan etdiyi vurğulanıb.
Bəyanatda deyilir ki, Çin bu həftə dünya üzrə avtomobil istehsalçıları, aerokosmik istehsalçılar, yarımkeçirici şirkətlər və hərbi podratçılar üçün əsas hissələrin tədarükünü əngəlləmək məqsədilə altı ağır nadir torpaq metalının, eləcə də nadir torpaq maqnitinin ixracını dayandırıb.
Bəyanatda, Çinin üzləşdiyi dəqiq tarif dərəcəsi göstərilmədən, Çin cavab tədbirləri nəticəsində ABŞ-dan idxala 245%-ə qədər tariflərlə üzləşəcək deyilir. 
Donald Tramp martın 20-də dövlət və özəl sektorun investisiyalarını təşviq edəcək, ölkənin enerji və kritik mineral istehsalının artırılması üçün maliyyə və kredit mexanizmləri yaradacaq sərəncam imzalayıb.
Mütəxəssislər Trampın qərarını dünyada kritik minerallara tələbatın artması ilə bu sahədə Çinin üstünlüyünü qırmaq üçün strateji addım kimi qiymətləndirirlər.
Pekin aprelin 11-də ABŞ mallarına rüsumları 125 faizə, Tramp isə Çin mallarına tətbiq etdiyi tarifləri 145 faizə qaldırıb.
Qeyd olunur ki, ABŞ-ın dünyanın ikinci ən böyük iqtisadiyyatı hesab edilən Çinə daha çox gömrük rüsumları tətbiq etməsi Vaşinqton və Pekin administrasiyası arasında ticarət müharibəsini daha da qızışdıracaq.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

WSJ: Tramp Administrasiyası Suriyanın yeni rəhbərliyini hədələyir

The Wall Street Journal yazır ki, Tramp administrasiyası Dəməşqdən ekstremistlərə qarşı sərt tədbirlər görməsini və məhdud sanksiyaların aradan qaldırılması müqabilində fələstinli yaraqlıları ölkədən çıxarmasını istəyir.

18 Aprel 2025, 17:30

Tramp əmindir ki, Aİ ilə ticarət razılaşması əldə edəcək

ABŞ prezidenti Donald Tramp və İtaliyanın baş naziri Corciya Meloni ABŞ və Avropa İttifaqının (Aİ) ticarət tarifləri ilə bağlı razılığa gələ biləcəklərinə əmin olduqlarını bildiriblər.

18 Aprel 2025, 17:17

NATO ABŞ administrasiyasına görə sənədlərdə dili "yumşaldır"

“Politico” öz mənbələrinə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı (NATO) hazırda inklüzivlik, gender problemləri və iqlimlə bağlı sənədlərdəki ifadələri bilərəkdən "yumşaldır".

18 Aprel 2025, 16:44

Zelenskidən FƏRMAN: Səfərbərliyin müddəti uzadıldı

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 2025-ci il avqustun 6-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

18 Aprel 2025, 16:30

Kainatın "itkin" maddəsi tapıldı-Tədqiqat

İllərdir sirr olaraq qalan “itkin baryonlar” nəhayət ortaya çıxıb. Beynəlxalq astronomlar qrupu aşkar edib ki, kainatın görünən maddəsinin itkin yarısı qalaktikaları əhatə edən nəhəng hidrogen buludlarında gizlənib.

18 Aprel 2025, 16:16

Qəzzada körpələr qida və dərman çatışmazlığından ölür

İsrailin martın 2-dən bəri yardımların girməsinə icazə vermədiyi Qəzza zolağında 11 aylıq körpə qida və dərman çatışmazlığı səbəbindən həyatını itirib.

18 Aprel 2025, 15:49