Bizə yazın

Baku

-°C

USD

-

Rusiya: İranın nüvə probleminin həllinə töhfə verməyə hazırıq  

Dünya 16 Aprel 2025, 16:30

770

Kremlin sözçüsü Dmitri Peskov İranın nüvə probleminin siyasi və diplomatik üsullarla həll prosesinə töhfə verməyə hazır olduqlarını ifadə edərək, "Bunun üçün əlimizdən gələni etməyə hazırıq",-deyib.

CityPost.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.
Peskov İranın nüvə məsələsinə də toxunaraq, "Rusiya İranın nüvə proqramı ilə bağlı vəziyyətin siyasi və diplomatik üsullarla həlli prosesinə töhfə verməyə hazırdır. Bunun üçün əlimizdən gələni etməyə hazırıq" dedi. 
Peskov deyib ki, Rusiya və Çinin ABŞ və İran arasında mümkün razılaşmanın təminatçısı kimi rolu Vaşinqton və Tehran arasında danışıqlardan asılıdır.
“Kiyev administrasiyası qeyri-sabit strukturunu saxlamağa çalışır”
Peskov, 18 mart tarixindən etibarən enerji elementlərinə 30 günlük hücumların dayandırılması ilə bağlı razılaşmanın nə vaxt bitəcəyini Rusiya və ABŞ-ı məlumatlandıracaqlarını, Ukraynanın bu razılaşmaya əməl etmədiyini və sözügedən müddət ərzində Rusiyanın enerji infrastrukturu elementlərinə hücumlar həyata keçirdiyini bildirib.
Ukraynada müharibə və səfərbərlik vəziyyətinin 90 gün uzadılması ilə bağlı Peskov deyib: “Əlbəttə, Kiyev administrasiyası qeyri-sabit strukturunu qoruyub saxlamağa çalışır".
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin sabah Rusiyaya gələcəyini və Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bildirən Peskov görüşdə Ukraynadakı vəziyyət və regional məsələlərin müzakirə ediləcəyini bildirib.
Mətbuat katibi Peskov Qətərin bir çox məsələnin həlli prosesində “böyük” və “vacib” rol oynadığını vurğulayıb.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

WSJ: Tramp Administrasiyası Suriyanın yeni rəhbərliyini hədələyir

The Wall Street Journal yazır ki, Tramp administrasiyası Dəməşqdən ekstremistlərə qarşı sərt tədbirlər görməsini və məhdud sanksiyaların aradan qaldırılması müqabilində fələstinli yaraqlıları ölkədən çıxarmasını istəyir.

18 Aprel 2025, 17:30

Tramp əmindir ki, Aİ ilə ticarət razılaşması əldə edəcək

ABŞ prezidenti Donald Tramp və İtaliyanın baş naziri Corciya Meloni ABŞ və Avropa İttifaqının (Aİ) ticarət tarifləri ilə bağlı razılığa gələ biləcəklərinə əmin olduqlarını bildiriblər.

18 Aprel 2025, 17:17

NATO ABŞ administrasiyasına görə sənədlərdə dili "yumşaldır"

“Politico” öz mənbələrinə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı (NATO) hazırda inklüzivlik, gender problemləri və iqlimlə bağlı sənədlərdəki ifadələri bilərəkdən "yumşaldır".

18 Aprel 2025, 16:44

Zelenskidən FƏRMAN: Səfərbərliyin müddəti uzadıldı

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 2025-ci il avqustun 6-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

18 Aprel 2025, 16:30

Kainatın "itkin" maddəsi tapıldı-Tədqiqat

İllərdir sirr olaraq qalan “itkin baryonlar” nəhayət ortaya çıxıb. Beynəlxalq astronomlar qrupu aşkar edib ki, kainatın görünən maddəsinin itkin yarısı qalaktikaları əhatə edən nəhəng hidrogen buludlarında gizlənib.

18 Aprel 2025, 16:16

Qəzzada körpələr qida və dərman çatışmazlığından ölür

İsrailin martın 2-dən bəri yardımların girməsinə icazə vermədiyi Qəzza zolağında 11 aylıq körpə qida və dərman çatışmazlığı səbəbindən həyatını itirib.

18 Aprel 2025, 15:49