Bizə yazın

Baku

-°C

USD

-

Həftəsonu bank kartlarından 18 min manat oğurlanıb  

Cəmiyyət 21 Aprel 2025, 11:52

213

Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 17804 manat və 60 dollar oğurlanıb.

CityPost.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

"Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 19-da və 20-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6350, 3000, 2000, 1015, 1000, 990, 750, 600, 457, 300, 300, 300, 200, 165, 96, 90, 68, 50, 38, 35 manat və 60 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", məlumatda deyilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək  

1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 500,0 (iki min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 250,0 (bir min iki yüz əlli) manat məbləğində birdəfəlik maddi...

21 Aprel 2025, 16:53

Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək - SƏRƏNCAM  

Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək.

21 Aprel 2025, 16:48

22 aptek CƏRİMƏLƏNDİ

Son bir il ərzində Azərbaycanda 22 aptek təşkilatı reseptsiz dərman satışına görə cərimələnib.

21 Aprel 2025, 14:18

Yardımlıda narkokuryerlər saxlanılıb  

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə hər ikisi əvvəllər məhkum olunmuş 37 Natiq Baxışov və 40 yaşlı Tural Şıxıyev saxlanılıblar.DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 

21 Aprel 2025, 13:26

Sabah hava necə olacaq?

Aprelin 22-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometerologiya Xidmətindən 

21 Aprel 2025, 13:04

DTX terror törədilməsində şübhəli bilinən şəxsi həbs edərək Azərbaycana gətirib  

Bakı şəhər Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılmış Nəcimov Ruslan Rafiq oğlu barəsində müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

21 Aprel 2025, 12:00