Bizə yazın

Baku

-°C

USD

-

Mask Trampın müşavirini axmaq adlandırdı  

Dünya 08 Aprel 2025, 18:18

1329

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask ABŞ prezidentinin ticarət və istehsalat üzrə müşaviri Piter Navarronu axmaq adlandırıb.

Citypost.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

"Navarro həqiqətən axmaqdır. Onun dedikləri açıq-aydın yalandır. Tesla avtomobilləri bazarda Amerika komponentlərinin ən böyük payına malikdir",-deyə Mask qeyd edib.
Milyarder Navarronun Maskın Tesla şirkətinin elektrik avtomobilləri üçün komponentlərin əhəmiyyətli hissəsini xarici təchizatçılardan alması ilə bağlı açıqlamasını belə şərh edib.
Daha əvvəl məlum olmuşdu ki, Mask tətbiq etdiyi tariflərə yenidən baxmaq xahişi ilə ABŞ prezidenti Donald Trampa müraciət edib. Teslanın səhmlərinin qiyməti son aylarda düşərək Maskın xalis sərvətini 300 milyard dollardan aşağı salıb.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

WSJ: Tramp Administrasiyası Suriyanın yeni rəhbərliyini hədələyir

The Wall Street Journal yazır ki, Tramp administrasiyası Dəməşqdən ekstremistlərə qarşı sərt tədbirlər görməsini və məhdud sanksiyaların aradan qaldırılması müqabilində fələstinli yaraqlıları ölkədən çıxarmasını istəyir.

18 Aprel 2025, 17:30

Tramp əmindir ki, Aİ ilə ticarət razılaşması əldə edəcək

ABŞ prezidenti Donald Tramp və İtaliyanın baş naziri Corciya Meloni ABŞ və Avropa İttifaqının (Aİ) ticarət tarifləri ilə bağlı razılığa gələ biləcəklərinə əmin olduqlarını bildiriblər.

18 Aprel 2025, 17:17

NATO ABŞ administrasiyasına görə sənədlərdə dili "yumşaldır"

“Politico” öz mənbələrinə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı (NATO) hazırda inklüzivlik, gender problemləri və iqlimlə bağlı sənədlərdəki ifadələri bilərəkdən "yumşaldır".

18 Aprel 2025, 16:44

Zelenskidən FƏRMAN: Səfərbərliyin müddəti uzadıldı

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 2025-ci il avqustun 6-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

18 Aprel 2025, 16:30

Kainatın "itkin" maddəsi tapıldı-Tədqiqat

İllərdir sirr olaraq qalan “itkin baryonlar” nəhayət ortaya çıxıb. Beynəlxalq astronomlar qrupu aşkar edib ki, kainatın görünən maddəsinin itkin yarısı qalaktikaları əhatə edən nəhəng hidrogen buludlarında gizlənib.

18 Aprel 2025, 16:16

Qəzzada körpələr qida və dərman çatışmazlığından ölür

İsrailin martın 2-dən bəri yardımların girməsinə icazə vermədiyi Qəzza zolağında 11 aylıq körpə qida və dərman çatışmazlığı səbəbindən həyatını itirib.

18 Aprel 2025, 15:49