Bizə yazın

Baku

-°C

USD

-

Sabah Bakıda 27 dərəcə isti olacaq  

Cəmiyyət 25 Aprel 2025, 12:39

254

Aprelin 26-ı hava necə olacaq?

Aprelin 26-da gözlənilən hava şəraiti açqılanıb.

Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakı və Abşeron yarımadasında gözlənilən hava

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əvəz Zeynallı azadlıqda - İlk fotosu  

Xəbər verdiyimiz kimi, jurnalist Əvəz Zeynallı vaxtından əvvəl azadlığa buraxılıb.

25 Aprel 2025, 18:49

Cinayətlərin dinamikasında azalma qeydə alınıb - VİDEO  

Aprelin 25-də Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin hüquqlarının qorunması, cinayət işlərinin istintaqı və təhqiqat zamanı qanunçuluğa riayət edilməsi, polis-media əlaqələrinin təşkili sahəsində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.DİN-dən 

25 Aprel 2025, 18:22

Ayın sonunadək bəzi ərazilərdə hava yağıntılı olacaq  

Aprelin 30-dək ölkənin əsasən şimal və qərb rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

25 Aprel 2025, 18:00

Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək

Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll etməlidir.Sərəncamda deyilir ki, XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı: "Məhz buna görə də 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı,...

25 Aprel 2025, 17:41

Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verilib - SƏRƏNCAM  

Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikasının səlahiyyətli qurumu müəyyən edilib.CityPost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncama əsasən, Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikası tərəfindən səlahiyyətli qurum Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi müəyyən edilib.Eyni zamanda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Azərbaycan Respublikasının səlahiyyətli qurumu müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərməlidir....

25 Aprel 2025, 17:30

Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ  

Aprelin 27-si şimal və qərb rayonlarında, 28-dən 29-u gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

25 Aprel 2025, 17:05