Bizə yazın

Baku

-°C

USD

-

52 yaşlı kişi qətlə yetirildi  

Hadisə 25 Aprel 2025, 15:36

252

Aprelin 25-də saat 08 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə CityPost.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İlkin araşdırmalarla 1978-ci il təvəllüdlü Maksim Əhmədovun Səlim Əliyevi aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sumqayıtda 70 yaşlı kişinin meyiti tapılıb  

Sumqayıtda meyit tapılıb.CityPost.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.1955-ci il təvəllüdlü Güləli Hadıyevin meyiti yaşadığı evdə aşkarlanıb.Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.

24 Aprel 2025, 20:46

Bakıda üç avtomobil yandı

Bakı şəhərinin Nəsimi rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi, "Chevrolet" markalı minik avtomobilinin ön farası və güzgüsü yanıb.CityPost.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.Yüksək temperaturdan yaxınlıqdakı “Toyota” markalı minik avtomobilinin ön qapısı qismən qarsalanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 Aprel 2025, 15:51

Kəlbəcərdə ağır qəza, ölən var 

Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.CityPost.az “Qafqazinfo”-ya xəbər verir ki, “KİA” markalı avtomobil qarşıdan gələn betonqarışdıran avtomobillə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.

23 Aprel 2025, 21:10

İstanbulda güclü zəlzələ olub  

İstanbulda güclü zəlzələ olub.CityPost.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.Bildirilib ki, zəlzələ Silivri sahilində 4 bal gücündə, 7 km dərinlikdə baş verib.Yeraltı təkan Mərmərədə hiss edilib.(Apa)

23 Aprel 2025, 13:44

Ziya Bünyadov prospektində qəza olub - FOTO  

Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.CityPost.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat yayıb.Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın qısa müddət ərzində aradan qaldırılması üçün qəzada iştirak edən avtomobillərin yoldan evakuatorla kənarlaşdırılması işləri aparılır.

22 Aprel 2025, 16:36

Sumqayıtda fabrikdə 19 nəfər zəhərləndi

Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə olub.

21 Aprel 2025, 17:33