Toplum TV işi üzrə məhkəmə başladı
Cəmiyyət 02 Aprel 2025, 13:38

1822
Toplum TV işi üzrə təqsirləndirilən Ələsgər Məmmədli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov və Ruslan İzzətlinin məhkəmə prosesi başlayıb.
Citypost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra iş üzrə təqsirləndirilən şəxslərin bir neçəsinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verilib. Lakin məhkəmə bu vəsatətləri təmin etməyib.
Vəkillərdən biri cinayət işi ilə tanış olmadığı üçün məhkəmədən vaxt istəyib.
Bu səbəbdən hazırlıq iclasının davamı aprelin 24-ə təyin edilib.
Xatırladaq ki, 2024-cü il martın 6-da sosial şəbəkələrdə Toplum TV-nin ofisində axtarış aparılması və saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.
İstintaq araşdırması zamanı Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli, redaktor Müşfiq Cabbarov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, həmin institutun əməkdaşı Əli Zeynalov, "III Respublika" Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, Ramil Babayev, İlkin Əmrahov və Şahnaz Bəylərqızı məsuliyyətə cəlb olunublar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

FHN: Sabunçuda tuneldən suyun çəkilməsi işləri yekunlaşıb
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində paytaxtın Sabunçu rayonunda Dəmiryol stansiyası yaxınlığında yerləşən tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.Nazirlikdən
16 Aprel 2025, 21:24

BDYPİ hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib
Ölkə ərazisində gün ərzində müşahidə olunan güclü və fasiləsiz yağıntılar nəticəsində bəzi yol sahələrində su yığılması, yol örtüyünün sürüşkən hala gəlməsi, yol çökməsi, eləcə də görünüş məsafəsinin azalması halları qeydə alınır.
16 Aprel 2025, 20:17

Sabah bu ərazilərdə qaz olmayacaq
Şərur rayonunun bir sıra kəndlərində sabah qaz təchizatında fasilə yaranacaq.CityPost.az xəbər verir ki, 159 mm boruya keçid verilməsi ilə əlaqədar Şərur rayonu Oğlanqala, Dizə, Mahmudkənd, Cəlilkənd, Zeyvə və Düdəngə kəndlərində aprelin 17-də saat 09:30 dan 17:00 dək qaz təchizatı müvəqqəti dayandırılacaq.Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
16 Aprel 2025, 18:44

Polis gölə düşən sürücünü qucağına götürdü... - Video
Bakının Qaradağ rayonunda “Leksus” markalı avtomobil yol kənarındakı su hövzəsinə düşüb.CityPost.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev video yayıb.Boğulma təhlükəsi ilə üzləşən və nəqliyyat vasitəsində köməksiz qalan sürücü polis əməkdaşlarının köməyi ilə xilas edilib.(axar.az)
16 Aprel 2025, 17:34

"Bu il özəl daşıyıcılar Bakıya 100-dən çox avtobus gətirəcək"-AYNA
Bakıda sərnişin avtobuslarının sayının 2800-ə çatdırılması nəzərdə tutulur.CityPost.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.“Ötən il Bakıda gün ərzində fəalliyyət göstərən avtobusların sayı 2160-a çatdırılıb. 2025-ci ildə özəl daşıyıcılar tərəfindən Bakıya 100-dən artıq avtobusun gətirilməsi gözlənilir. Bakıda nağdsız ödəniş sisteminə qoşulan avtobusların sayı 2023-cü illə müqayisədə 43% artaraq taxminan 2000 avtobusa çatdırılıb”, - deyə T.Səfərov qeyd edib....
16 Aprel 2025, 17:23

III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibi dəyişib - SƏRƏNCAM
III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, Təşkilat Komitəsinin üzvləri sırasına Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin və Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavinləri daxil edilib. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı, eyni zamanda Bərdə Rayon İcra Hakimiyyəti başçısının, Goranboy Rayon İcra Hakimiyyəti başçısının, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının, Qazax Rayon İcra Hakimiyyəti başçısının, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının, Tərtər Rayon İcra Hakimiyyəti başçısının və Tovuz Rayon İcra Hakimiyyəti...
16 Aprel 2025, 17:22