Bizə yazın

Baku

-°C

USD

-

İran: ABŞ real iradə göstərsə, razılaşma mümkündür  

Dünya 08 Aprel 2025, 18:08

1295

İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 12-də Omanda keçiriləcək danışıqlarda ABŞ tərəfinin real iradə nümayiş etdirdiyi təqdirdə nüvə razılaşmasının mümkün olduğunu bildirib.

Citypost.az xəbər verir ki, Əraqçi Əlcəzairdə rəsmi səfərdə olarkən İran dövlət televiziyasına açıqlama verib.
Aprelin 12-də Omanda ABŞ ilə görüşəcəklərini söyləyən Əraqçi "Bu görüşün dolayı olacağı başqa formatı qəbul etmirik. Danışıqların birbaşa və ya dolayı olması önəmli deyil. Önəmli olan danışıqların effektivliyi, bütün tərəflərin ciddiliyi, niyyətləri və razılığa gəlmək istəyidir. Biz bu üsula inanmırıq və dolayısı ilə danışıqlar real və təsirli bir görüş təmin edə bilər",-dedi.
Omanın vasitəçilik roluna işarə edən Əraqçi "Omanın vasitəçilikdə yaxşı bir rekorda sahib olduğuna inanırıq və qarşı tərəfdən diplomatik həllə nail olmaq üçün ciddi bir qərarlılıq görəcəyimizi ümid edirik. Danışıqlarda önəmli olan da budur",-dedi.
İranlı nazir ölkəsinin nüvə proqramındakı qeyri-müəyyənlikləri aradan qaldırmağa hazır olduqlarını bildirib və deyib: "Biz proqramımızın dinc xarakterli olduğuna əminik və vəziyyət bizim üçün bir məhdudiyyət və ya İranın məqsədlərinə maneə yaratmadığı müddətcə bu mövzuda daha çox inam yaratmaqda heç bir problem görmürük. Güvən yaratmaq müqabilində İrana qarşı əsassız olaraq tətbiq edilən sanksiyalar ləğv edilməlidir",-dedi.
Danışıqlarda əsas məqsədlərinin sanksiyaların ləğvini təmin etmək olduğunu bildirən Əraqçi, "Qarşı tərəfin lazımlı və kafi iradəsi olsa, razılaşma əldə oluna bilər. Nəticədə, məşhur deyimlə "top indi Amerikanın meydanındadır" dediyi kimi, qarşı tərəf real iradə ilə Omana gəlsə, mütləq nəticə əldə edəcəyik",-söyləyib.
Əraqçi danışıqlarda İran adından iştirak edəcəyini, ABŞ adından isə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vittkofun iştirak edəcəyini bildirib.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

WSJ: Tramp Administrasiyası Suriyanın yeni rəhbərliyini hədələyir

The Wall Street Journal yazır ki, Tramp administrasiyası Dəməşqdən ekstremistlərə qarşı sərt tədbirlər görməsini və məhdud sanksiyaların aradan qaldırılması müqabilində fələstinli yaraqlıları ölkədən çıxarmasını istəyir.

18 Aprel 2025, 17:30

Tramp əmindir ki, Aİ ilə ticarət razılaşması əldə edəcək

ABŞ prezidenti Donald Tramp və İtaliyanın baş naziri Corciya Meloni ABŞ və Avropa İttifaqının (Aİ) ticarət tarifləri ilə bağlı razılığa gələ biləcəklərinə əmin olduqlarını bildiriblər.

18 Aprel 2025, 17:17

NATO ABŞ administrasiyasına görə sənədlərdə dili "yumşaldır"

“Politico” öz mənbələrinə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı (NATO) hazırda inklüzivlik, gender problemləri və iqlimlə bağlı sənədlərdəki ifadələri bilərəkdən "yumşaldır".

18 Aprel 2025, 16:44

Zelenskidən FƏRMAN: Səfərbərliyin müddəti uzadıldı

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 2025-ci il avqustun 6-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

18 Aprel 2025, 16:30

Kainatın "itkin" maddəsi tapıldı-Tədqiqat

İllərdir sirr olaraq qalan “itkin baryonlar” nəhayət ortaya çıxıb. Beynəlxalq astronomlar qrupu aşkar edib ki, kainatın görünən maddəsinin itkin yarısı qalaktikaları əhatə edən nəhəng hidrogen buludlarında gizlənib.

18 Aprel 2025, 16:16

Qəzzada körpələr qida və dərman çatışmazlığından ölür

İsrailin martın 2-dən bəri yardımların girməsinə icazə vermədiyi Qəzza zolağında 11 aylıq körpə qida və dərman çatışmazlığı səbəbindən həyatını itirib.

18 Aprel 2025, 15:49