Bizə yazın

Baku

-°C

USD

-

ABŞ Ukraynada nizamlanma üçün şərt qoyub  

Dünya 08 Aprel 2025, 16:17

1089

ABŞ Ukraynadakı münaqişənin həlli üçün razılaşmaların pozulmasına və ədalətsiz danışıqlara dözməyəcək.

Citypost.az "TASS"a istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki müvəqqəti işlər vəkili Doroti Şi Təhlükəsizlik Şurasının (TŞ) iclasında deyib.

"Ukraynada döyüşlər dayandırılmalıdır. Birləşmiş Ştatlar pis niyyətli danışıqlara və sülh sazişlərinin pozulmasına dözməyəcək", - amerikalı diplomat qeyd edib.
Bundan əvvəl Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya bəyan etmişdi ki, Rusiya və ABŞ təmasları çərçivəsində Ukrayna münaqişəsinin davamlı və uzunmüddətli həlli yolunun axtarışını müzakirə edirlər. Onun sözlərinə görə, buna nail olmaq üçün böhranın əsas səbəblərini aradan qaldırmaq lazımdır.
Bundan əlavə, Ağ Ev rəhbəri Donald Tramp Rusiya, ABŞ və Ukraynanın münaqişənin həlli ilə bağlı razılaşmalara yaxın olduğunu bildirib.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

WSJ: Tramp Administrasiyası Suriyanın yeni rəhbərliyini hədələyir

The Wall Street Journal yazır ki, Tramp administrasiyası Dəməşqdən ekstremistlərə qarşı sərt tədbirlər görməsini və məhdud sanksiyaların aradan qaldırılması müqabilində fələstinli yaraqlıları ölkədən çıxarmasını istəyir.

18 Aprel 2025, 17:30

Tramp əmindir ki, Aİ ilə ticarət razılaşması əldə edəcək

ABŞ prezidenti Donald Tramp və İtaliyanın baş naziri Corciya Meloni ABŞ və Avropa İttifaqının (Aİ) ticarət tarifləri ilə bağlı razılığa gələ biləcəklərinə əmin olduqlarını bildiriblər.

18 Aprel 2025, 17:17

NATO ABŞ administrasiyasına görə sənədlərdə dili "yumşaldır"

“Politico” öz mənbələrinə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı (NATO) hazırda inklüzivlik, gender problemləri və iqlimlə bağlı sənədlərdəki ifadələri bilərəkdən "yumşaldır".

18 Aprel 2025, 16:44

Zelenskidən FƏRMAN: Səfərbərliyin müddəti uzadıldı

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 2025-ci il avqustun 6-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

18 Aprel 2025, 16:30

Kainatın "itkin" maddəsi tapıldı-Tədqiqat

İllərdir sirr olaraq qalan “itkin baryonlar” nəhayət ortaya çıxıb. Beynəlxalq astronomlar qrupu aşkar edib ki, kainatın görünən maddəsinin itkin yarısı qalaktikaları əhatə edən nəhəng hidrogen buludlarında gizlənib.

18 Aprel 2025, 16:16

Qəzzada körpələr qida və dərman çatışmazlığından ölür

İsrailin martın 2-dən bəri yardımların girməsinə icazə vermədiyi Qəzza zolağında 11 aylıq körpə qida və dərman çatışmazlığı səbəbindən həyatını itirib.

18 Aprel 2025, 15:49