Bizə yazın

Baku

-°C

USD

-

Azad edilmiş ərazilərdə daha 98 mina, 224 PHS aşkarlanıb  

Hadisə 14 Aprel 2025, 14:24

556

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (07.04. 2025 - 13.04.2025) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 86 piyada əleyhinə mina, 12 tank əleyhinə mina, 224 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 245,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ötən gün vətəndaşların bank kartlarından 15 min manatdan çox pul oğurlanıb 

Vətəndaşların bank kartlarından aprelin 16-da 15 min 40 manat pul oğurlanıb.Bu barədə CityPost.az-a  Daxili İşlər Nazirliyindən məlumat verilib. Nazirlikdən vətəndaşlara müraciət edilərək bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır:"Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 16-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 4709, 4000, 2375, 1500, 790, 514, 464, 234, 200, 167, 87 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil...

17 Aprel 2025, 11:40

Təcili yardım maşını da suda batdı - VİDEO/FOTO  

Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şamaxı, Qobustan, Siyəzən rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.CityPost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Bildirilib ki, bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 17-si uşaq olmaqla ümumilikdə 41 nəfər vətəndaş təxliyə olunub.Həmçinin nazirliyin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdən, o cümlədən paytaxtın Nərimanov rayonunda Bağırov körpüsü adlanan ərazidəki tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.     ...

16 Aprel 2025, 16:09

Kartlardan daha 32 min manat oğurlandı 

Aprelin 15-də vətəndaşların bank kartlarından 32 306 manat oğurlanıb.Citypost.az  xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, aprelin 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 13 700, 3450, 3017, 1827, 1600, 1396, 1288, 1140, 1121, 1010, 822, 493, 330, 303, 300, 221, 170, 118 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.Nazirlik vətəndaşları kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu kimi məxfi məlumatları tanımadıqları şəxslərlə bölüşməməyi tövsiyə edib....

16 Aprel 2025, 10:39

Sabunçuda əməliyyat keçirilib, 29 kiloqram narkotik dövriyyədən çıxarılıb 

Bakının Sabunçu rayonunda keçirilən əməliyyat zamanı 29 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sabunçu rayonunda keçirdikləri əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 49 yaşlı Fuad Cəfərov tutulub. Onun idarə etdiyi avtomobildən 29 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb. F.Cəfərov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə paytaxt ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....

15 Aprel 2025, 15:26

Azərbaycan Ordusunun qadın hərbçisi Kəlbəcərdə avtoqəzada ölüb  

Aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızı idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib.Bu barədə Citypost.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə başsağlığı verib.Qeyd edək ki, qəza Kəlbəcər ərazisində baş verib.

14 Aprel 2025, 17:29

Barəsində rüşvət qalmaqalı yaranan şəxsə yüksək vəzifə verdi    —  Nazirlikdən məsələyə reaksiya 

Ekspertin öz verdiyi rəyi təkzib etməsi qalmaqala səbəb olub.Citypost.az  saytı   xəbər verir  ki, Oxu24.com saytına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”, Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri baş direktor, professor Ədalət Həsənov və həmin qurumun hazırda Komisyon Ekspertizalar Şöbəsinin rəisi Cavid Cahangirli barədə maraqlı məlumatlar daxil olub. Belə ki, məlumatı saytımıza verən şəxs M.Ş.M-nın iddiasına görə 2015-ci ildə Bakı Şəhər Prokrorluğunda onun barəsində istintaq araşdırılması apardığı dövrdə tibbi ekspert Cavid Cahangirli ondan qırx min manat almaqla istintaqa cəlb edilməmək şərti ilə barəsində ağır (xroniki pankreatit, qaraciyərin polikistozu və xroniki hepatit) xəstəliyin daşıyıcı olduğuna dair 174/KEŞ nömrəli, 27 May 2016-cı il tarixli tibbi-ekspert rəyi verilib.Dərhal...

14 Aprel 2025, 15:08