Bizə yazın

Baku

-°C

USD

-

Bunu edən sürücülər cərimələnəcək - 100 manat və 2 bal

Cəmiyyət 05 Noyabr 2026, 13:50

321

Azərbaycanda avtomobil idarə edən sürücülərin böyük əksəriyyəti əsas yol hərəkəti qaydalarını — sürət həddini aşmamağı, qırmızı işıqda keçməməyi və təhlükəsizlik kəmərini bağlamağı yaxşı bilir. Lakin elə situasiyalar var ki, sürücülər adət etdikləri vərdişlərin və ya kiçik ehtiyatsızlıqların cərimə ilə nəticələndiyindən xəbərsiz olurlar. Yol hərəkəti haqqında qanunvericilikdə nəzərdə tutulmuş bu xırda detal kimi görünən qaydalar, əslində həm büdcənizə, həm də sürücülük balınıza ciddi təsir göstərə bilər.

Citypost.az “Yeni Sabah"a istinadən xəbər verir ki sükan arxasında tez-tez qarşılaşdığımız və cəriməyə səbəb olan həmin situasiyaları təqdim edir:

Pəncərədən atılan kiçik bir zibilin baha başa gəlməsi pizza mizza

Hərəkətdə olarkən və ya işıqforda gözləyərkən pəncərədən siqaret kötüyü, tullantı və ya salfet atmaq sadəcə mədəniyyətsizlik deyil, eyni zamanda inzibati xətadır. Ətraf mühiti çirkləndirməyə və digər sürücülər üçün təhlükə yaratmağa görə sürücüləri 40 manat məbləğində cərimə gözləyir.

Duman olmayan havada əlavə işıqlardan istifadə

Çox vaxt avtomobilə estetik görünüş vermək üçün hava tam şəffaf olduqda duman əleyhinə faralar yandırılır. Qanunvericiliyə əsasən, bu işıqlar yalnız duman, yağış və ya qar kimi məhdud görünüş şəraitində istifadə edilə bilər. Hava aydın olduqda onları yandırmaq digər Sürücülərin gözünü aldığı üçün 30 manat cəriməyə səbəb olur.

Binaların həyətində mühərriki işlək vəziyyətdə saxlamaq

Qış aylarında salonu qızdırmaq, yayda isə kondisioneri işlətmək üçün avtomobili yaşayış zonasında uzun müddət dayanmış halda saxlayırıq. Lakin yaşayış zonalarında mühərriki 5 dəqiqədən artıq işlək vəziyyətdə saxlamaq sakinlərə narahatlıq yaratdığı üçün qadağandır və 30 manat cərimə nəzərdə tutur.

Yağışlı havada piyadalara su sıçratmaq

Yağış yağdıqdan sonra yollarda oluşan gölməçələrdən sürətlə keçərək səkidəki piyadaların və ya digər avtomobillərin üstünə su və palçıq sıçratmaq ciddi qayda pozuntusudur. Bu cür məsuliyyətsiz addım atan sürücülər 40 manat cərimə oluna bilərlər.

Həftəsonu avtobus zolaqlarından qanunsuz istifadə

Sürücülər arasında geniş yayılmış yanlış düşüncələrdən biri də bütün avtobus zolaqlarına şənbə və bazar günləri girməyin icazəli olmasıdır. Əgər zolaq nişanının altında xüsusi iş günləri lövhəsi yoxdursa, həmin zolaq həftənin bütün günləri aktiv sayılır və oraya daxil olmaq 100 manat cərimə ilə yanaşı 2 cərimə balı deməkdir.

Sarı işıqda sürəti artıraraq yolayrıcına daxil olmaq

Yaşıl işıq sönən kimi bir çox sürücü dayanmaq əvəzinə qaza basaraq sarı işıqda keçməyə çalışır. Sarı işıq qanunən qadağanedici siqnal hesab olunur və yalnız kəskin tormozlama təhlükəsi yarandıqda keçidə icazə verilir. Əks halda bu manevr 80 manat cərimə və 3 cərimə balı ilə nəticələnir.

Nişansız yolayrıcında "düz gedirəm" deyib yol verməmək

Üstünlük nişanları olmayan eyni əhəmiyyətli yolayrıcında düz hərəkət edən sürücülər çox vaxt sağdan gələn nəqliyyat vasitəsinə yol vermirlər. Qanuna əsasən, belə yerlərdə "sağ əl qaydası" keçərlidir və sağdan yaxınlaşan avtomobilə yol verməmək 80 manat cərimə və 3 cərimə balı gətirir.

Bəzi vacib ləvazimatların avtomobildə olmaması

Avtomobilin yük yerində ilk tibbi yardım çantasının, işlək yanğınsöndürən balunun və ya qəza dayanacaq nişanının olmaması nəqliyyat vasitəsinin nazaz vəziyyətdə istismarı kimi qiymətləndirilir. Bu avadanlıqlar olmadıqda müfəttiş tərəfindən 50 manat məbləğində cərimə tətbiq edilə bilər.

Oxunmayan və ya çirkli nömrə nişanları

Yağışlı və palçıqlı havalarda avtomobilin dövlət qeydiyyat nişanının kirlənməsi və ya gecə vaxtı nömrə işıqlarının yanmaması səbəbindən nömrənin 20 metrdən oxunmaması məsuliyyət yaradır. Sürücü yola çıxmazdan əvvəl nömrənin təmizliyinə cavabdehdir və bu pozuntuya görə 40 manat cərimə olunur.

Məcburi manevrlərdə dönmə işığını yandırmamaq

Yolun quruluşu yalnız sağa və ya sola dönməyə imkan verdikdə belə, manevr siqnalını yandırmaq məcburidir. "Zatən başqa yol yoxdur" deyərək dönmə göstəricisini yandırmayan sürücülər xəbərdarlıq siqnalı vermədiyinə görə 40 manat cərimə ilə üzləşə bilərlər.

Problemlərinizi bizə bildirin

077 323 55 66

“İkinci əl” avtomobillərin satışında - Yeni qayda

Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur.Citypost.az xəbər verir ki, bu, “Tullantılar haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Dəyişikliklə güzəşt və birdəfəlik ödəniş, habelə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyaların icrasının təşkili və təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcək.Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə isə Azərbaycanda “ikinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyən ediləcək.Qanun layihəsinə əsasən, avtomobil satışı fəaliyyəti ilə məşğul olan rəsmi dilərlərdə istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə olunan ikinci əl avtomobillərin satışı zamanı 3 il müddətinə ƏDV-nin ticarət əlavəsindən hesablanması...

05 Noyabr 2026, 13:57

Pensiyaçılara ŞAD XƏBƏR:Bu qədər artım OLACAQ

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır".Citypost.az  xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünkü iclasında deyib."Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışarkən qeyd etmək lazımdır ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96.5 faizini və ya 8 milyard 950 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək", - deyə deputat bildirib....

05 Noyabr 2026, 13:52

Ceyhun Həsənli "Şəki" basketbol komandasnın baş məşqçisi təyin olunub

"Şəki" basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.Citypost.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.Ceyhun Həsənli Azərbaycan Basketbol Liqası 2-də çıxış edəcək komanda ilə anlaşıb.Qeyd edək ki, Şəki basketbolunun yetirməsi olan C.Həsənli ötən mövsüm "Şəki"də türkiyəli baş məşqçi Bedri Meriçin köməkçisi olub.

05 Noyabr 2026, 13:17

“Azenco” ASC sükutu pozdu - Vüqar Əliyevin işi

“Azenco” ASC əvvəllər şirkətin Müşahidə Şurasının sədri vəzifəsində çalışmış Vüqar Əliyevə münasibətdə davam edən məhkəmə prosesi ilə bağlı məlumat yayıb.“Qafqazinfo” xəbər verir ki, məlumatda hazırda məhkəmə araşdırmasının predmetini konkret şəxsə qarşı hüquq-mühafizə orqanları tərəfindən irəli sürülmüş ittihamların təşkil etdiyi qeyd olunub.“Həmin ittihamların hüquqi qiymətləndirilməsi, işin faktiki hallarının araşdırılması və müvafiq qərarın qəbul edilməsi məhkəmə orqanlarının səlahiyyətinə aiddir. “Azenco” məhkəmə prosesinin müstəqilliyinə və obyektivliyinə hörmətlə yanaşır, bu baxımdan yekun məhkəmə aktının qəbul edilməsini gözləməyi vacib hesab edir.Bununla yanaşı, son məhkəmə iclasları zamanı təqsirləndirilən şəxs tərəfindən səsləndirilən və “Azenco”nun, eləcə də şirkətin ayrı-ayrı əməkdaşlarının fəaliyyətinə aid edilən bir sıra iddiaları diqqətimizə çatdırılıb....

05 Noyabr 2026, 13:14

Yol polisi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.Bu barədə Citypost.az-a idarədən məlumat verilib.Bildirilib ki, Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir:"Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi...

05 Noyabr 2026, 13:03

DTX əməliyyat KEÇİRİR

Dövlət Təhlükəsizliyi Xidməri (DTX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.Citypost.az xəbər verir ki, həyata keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının sakini tərəfindən dron vasitəsilə Biləsuvar rayonunun Cəbrayıl qaçqın şəhərciyinin yaxınlığında xüsusilə külli miqdarda narkotik vasitələrinin qaçaq yolla keçirilməsinin təşkil edildiyi müəyyən olunub.Keçirilmiş tədbirlər çərçivəsində narkotik vasitələri ərazidən götürüb sonradan satışını təşkil etmək məqsədilə gələn Azərbaycan Respublikası vətəndaşları Bədəlov Rüfət Bayram oğlu və Muxtarov Rüstəm Əli oğlu cinayət başında yaxalanaraq saxlanılmış, onlardan 14 kq 158 qram qurudulmuş marixuana, 979 qram metamfetamin və 23.1 qram tiryək aşkar edilərək götürülmüşdür.Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri...

05 Noyabr 2026, 12:45