Bizə yazın

Baku

-°C

USD

-

Fırıldaqçılar pul oğurlamaq üçün Fransiskin ölümündən istifadə etdilər

Dünya 24 Aprel 2025, 18:26

406

Papa Fransiskin ölümündən sonra fırıldaqçılar sosial mediada şəxsi məlumatların çıxarılması və qurbanların bank hesablarına daxil olmaq üçün zərərli fişinq keçidlərindən ibarət saxta xəbər məzmununu fəal şəkildə yaymağa başlayıblar.

CityPost.az xəbər veriri ki, bu barədə Avropanın “Politico” nəşri “Check Point” informasiya texnologiyaları təhlükəsizliyi şirkətinin hesabatına istinadən məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, zərərli linkləri olan saxta xəbərlərdə pontifikin ölmədiyi və onun ölümü ilə bağlı məlumatlar internet trafikini artırmaq üçün uydurmadır. Fırıldaqçılar həmçinin neyroşəbəkələrdən istifadə etməklə yaradılan Frensiskin müxtəlif şəkillərindən və videolarından istifadə edirlər.
Sadə fişinqdən əlavə, fırıldaqçılar saxta xeyriyyə ianələri və digər ehtiyaclar üçün pul köçürmələri ilə bağlı digər sxemlər vasitəsilə qurbanlardan pul qoparırlar.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66